Çərpələng uçuran da Xalid Hüseyni’nin digər əsərləri kimi məni uzun müddət təsiri altına saldı. Üzücü süjet xəttini yazarın sayəsində,sanki kənardan durub izlədim. Eyni zamanda bu əsər məni düşünməyə vadar etdi. Vicdan,haqsızlıq və s. kimi hisslərin çox gözəl işləndiyini müşahidə edirik. Təəssüf ki bu əsər Əfqanıstanın real,acınacaqlı vəziyyətini ifadə edib. Entertainment Weekly’inkitab haqqındakı rəyi,düşünürəm ki əsərin ümumi məzmununu ifadə edir: “Müasir Əfqanıstanın riqqətə gətirən portreti”
Şiddətlə tövsiyə edirəm.