Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

169 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
#Rövşənəmiyəsəyahət, Rövşən Abdullaoğlu möhtəşəm yazardır,nöqtə.
Deməəək,deyəcəksiniz ki,bütün kitablara möhtəşəm deyirsən,ancaq neyləyim ki, hamısı möhtəşəmdir.Hələ bu kitaaab,çox xoşuma gəldi.Masaüstü kitablarımdan biri olacağına əminəm.Rövşən əmi* başdan-ayağa bir fitri istedadır.Abdullaoğlunun taym-menecment haqqıda yazdığı kitabı belə,bu mövzuda yazılan kitablar arasında ilk sıralardadır.(məncə) Zaman,yəni ən dəyərli xəzinə.Zaman,yəni antik dövrlərdən bəri bütün kimyagərlərin axtardığı o "həyat İksiri"... Bu iksirdən hamıda var və hamıya 1 gün ərzində 24 saat müddətində paylanılıb.Bu barədə heç kimə nə xəsislik,nə də ifratçılıq edilməyib.Hər səhər bizə verilən bu 86400 saniyə sizcə hara gedir? Necə gedir? Niyə gedir? Getdiyi yer, həqiqətən də, lazımlı yerdirmi? Baxın bu sualların cavabını və problemlərin tapılıb həll olmasını kitab vasitəsilə rahat bir şəkildə öyrənə biləcək, həyatınıza tətbiq etsəniz əsl uğurlu insan olma yolunda irəliləyə biləcəksiniz. Dil o qədər sadə,o qədər rahatdır ki,hətta bəzən insan "görəsən, bədii kitab oxuyuram?" deyə düşünmür deyil,yazar sizlə kitab vasitəsi ilə danışır,elə nöqtə atışı açıqlamalar edir ki, təəccüblənmədən qala bilmirsən. Burada sonlara yaxın zamanı yeyən xüsusiyyətlər(sindromlar) aydın şəkildə izah olunub və nə yalan deyim, çoxunda özümü gördüm. Əgər bu zaman öldürən sindromlarım bir tort şəklində olsa idi: 1."Üçgünlük Rahib" ya da Rövşən əmi demişkən "Üçgünlük mömin" sindromu onun çörəyi 2.Prokranstinasiya sindromu onun kremi 3. Tısbağa sindromu onun şokoladı (ən canalıcı nöqtə skajs) 4.Perfeksionizm sindromu isə şokolad parçacıqları olardı Janr: Özünü inkişaf Səhifə:169 Rəy:10/10
Zamanı Necə Yeyək
Zamanı Necə Yeyək
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Zamanı Necə Yeyək
Zamanı Necə YeyəkRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016167 okunma
·
75 görüntüleme
Zahra Nazirli okurunun profil resmi
ALLAHın izni ilə oxumaq istəyərəm
Fatimə Təhməzova okurunun profil resmi
Təkidlə tövsiyə edərəm✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.