Gönderi

Fərqli hiss etdirəcək bir roman..
Puan vermedi·342 syf.··
2023 18. kitabı
·
12 günde okudu
·
Okunma: 11 Ağustos 2023 12:24
Gəlin bu "fərli hiss" in nə olduğunu izah edim. Əsərdə sujet axır və sonra müəllifin fəlsəfi, elmi və ya psixoloji münasibəti yer alır. Yəni roman olsa belə, sırf bir mövzu üzərində sujet davam etmir. . Əsərin ən bəyəndiyim xüsusiyyəti, yazarın elmi sözləri hadisələrə bağlayıb izah etməsi və bu sözlərin yaddaqalan olmasına şərait yaratmasıdır. Lüğət ehtiyatınız elmi sözlərlə zənginlənəcək. . Milan Kundera'nın atası musiqi müəllimi olur və ondan aldığı təhsilin də kitabın mövzusundakı əsas şüar olan “Ess muss sein” (Belə olmalıydı) -Bethovenin sonuncu sonatasından götürmüşdür. (Əslində sonata: belə olmalıydı mı?) Bu başlıqla obrazımız Tomash həyata bu şəkildə baxır və çətin dönəmlərindən bu başlığı düşünerek çıxır. . Roman 4 obraz bir it olan Karenlə bağlıdır. Hansı ki, bu 4 obrazın ortaq cəhəti öz partnyorlarını aldatmasıdır. Buna baxmayaraq, obrazların gerçekçi və açıq düşüncəsi məni oxumağa və düşünməyə vadar edirdi. Həyatımızı möhürləyən travmalarımız gerçəkdə kim olduğumuzun önünə çıxır və bizi istəmədiyimiz həyata zorlayır. Bu dediyim, onlara haqq qazandırdığım üçün deyil, əksinə, belə halların qarşısını almağın tək yolunu -travmalarımızın bərpasında görürəm. Karen sayəsində insanın insanla, özü ilə bağlı gerçəklikləri çılpaqlığı ilə düşünülməsi xoşuma gəldi. Hansı ki, bunu insan başqası üzərində yox, məhz saf varlıq olan bir heyvan üzərində gerçəkliyi dərk etmesi mənə yad görünmədi. (İki pişiyi olan biri üçün normaldır:) Qısaca : əgər “təbiətin qanunu” sizi narahat edirsə, bu kitabı oxumağı tövsiyə etmirəm. (siz anladınız:D) Çünki, əsər bunun psixoloji tərəfini göstərmiş və hadisələrə yön vermişdir. . Mənim əsərə münasibətim: Fərqli tərzdə əsər idi və psixologiya/fəlsəfə haqqında yazarın fikirləri xoşuma gəldi. Sovet Rusiyasının Çexiyanı işğal etməsi və yazarın siyasi görüşlərinə görə kommunist partiyasından iki dəfə uzaqlaşdırılması - əsərinin oxunmasını vacib hiss etdirirdi məndə. Həmçinin, Çex vətəndaşlığından da məhrum olmuşdur yazarımız. . Əgər oxumaq ehtiyacınız yeni nələrsə düşünmək və bunu maraqlı yoldan öyrənmək istəyirsinizsə kitabı tövsiyə edirəm. Doğru zamanda doğru anda oxunan kitab insana araşdırma istəyi və xoş aura verir. Gözləntinizi çox yüksək tutmayın amma zövq alacağınız kitab ola bilər. ~Hər kəsə xoş mütaliələr.
Kitap Yorum
Varolmanın Dayanılmaz HafifliğiMilan Kundera · Can Yayınları · 202413,2bin okunma
·
153 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.