Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
·
Puan vermedi
·
15 günde okudu
Çox qəşəng kitab yazdığın üçün təşəkkür edirəm Alice Miller
Ana/atanın duyğusal ehtiyacları ödənilməyəndə uşağın ona olan bağlılığından istifadə edirlər. Belə ki, uşaq ondan nə tələb olunsa edəcəyi üçün, güvən ehtiyacı ödənilməmiş valideyn aralarındakı bağlılığı öz ehtiyacları üzərinə qurur. Bunun sayəsində uşaq öz duyğusal ehtiyaclarının qarşılanmasına yox, valideynin istəyinə uyğun hərəkət etməyə başlayır. Çox qüsursuz uşaqlar əslində daxilən çox qüsurlu emosiyalara sahib olurlar. Öz hisslərini, emosiyalarını doya-doya yaşaya bilməyən uşaqlar gələcəkdə özlərini kəşf edə bilmirlər, çünki heç zaman özləri olmamışdılar. . Ətrafı tərəfindən uzaq tutulan və ya sosial uğursuzluq yaşayan valideynlərin övladlarına şüuraltı təsiri belədir: Uğurlu olmalı, bacarıq qazanmalı, gözəl olmalı və s.kimi sosial cəhətdən insana heyranliq yaradacaq xüsusiyyətlərin olması ailənin sosial rifahını artıracaq. Uğursuzluq isə övladı ailədən uzaqlaşdıracaq. . Bunun olmaması üçün övlada gördüyü nailiyyətlərə görə yox, çəkdiyi əziyyətə görə dəyər verməsiniz. . Bu kitabı oxuduqdan sonra ailənizdə olan hadisələri analiz/sintez edəcək və əslində nə qədər yanlış tərbiyə aldığımızı, əslində öz mənliyimizdən nə qədər uzaq qaldığımızı aydın görəcəksiniz. . Həmçinin kitabda başqa şəxslərin sağlam olmayan davranışlarının izahını uşaqlıq travmalarını misal çəkərək göstərir. Bu da hadisələri özümüzlə eyniləşdirməyə və nəticə çıxarmağa kömək edir. . Əsəri gec bitirməyimə səbəb, öz həyatıma təsir edərək oxumağım və diqqətlə nəzərdən keçirməyim olmuşdur. Məncə hər kəs bu kitabı oxumalıdır. Valideyn olsanız ha olmasanız fərq etməz. Duyğusal zəkanız sağlam psixologiya üzərinə qurulmalıdır. ~Növbəti şərhlərə qədər ..
Yetenekli Çocuğun Dramı
Yetenekli Çocuğun DramıAlice Miller · Profil Yayıncılık · 20213,030 okunma
·
196 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.