Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

104 syf.
10/10 puan verdi
·
22 saatte okudu
Mən sonlu dünyanın sonsuz arayışının bir parçasıyam...
Bundan təqribən 2 əsr öncə yaşamış, öz dövrünün, indinin və gələcəyinin dahi yazıçısının əlindən çıxmış bir kitabda ruhu daima arayışa can atan hər kəs özünü mütləq ki, bu sətirlərdə tapacaqdır. Hətta çoxlarınız Tolstoyun tapa bilmədiyi bir çox sualları ondan öncə cavabladıqda mənim kimi təəccüblənəcəksiniz. Və məhz həmin an duyğunun, bütün biliklərin və məqamların ötəsində olduğunu anlayacaqsınız. Çünki bilik yanılsa da, duyğu yanılmaz. Hisslər aldatmaz. Kitab haqqında çox danışmayacam. Kitabı oxumağı birmənalı olaraq tövsiyə edirəm, incələməmim bundan sonrakı hissəsi isə kitabdan deyil də kitabın məndə yenidən oyatdığı hisslərimdən ibarətdir. Anlam, arayış üzərinə oxuduğum bütün kitablarda eyni dərəcədə həyəcanlanmağımın, nəfəsimin kəsiləcək kimi olmasının, qəlbimin yerindən çıxacaqmış kimi hiss etməyimin səbəbini tam olaraq sözlərlə ifadə etməyim olduqca çətindir. Və
Lev Tolstoy
Lev Tolstoy
'un
İtiraf
İtiraf
kitabından cəsarətlənərək məndə bəzi etiraflarımı dilə gətirmək istəyirəm. Özümü, həyatımı dərk etdikdən bu yaşıma kimi ruhum daima adını verə bilmədiyim bir arayış içərisində olub. Düşüncələr içərisində günlərlə çarəsizcə boğulduğum, özümü heç kimə izah edə bilmədiyim, mənə kömək edəcək birisinin mənnən başqası olmadığını bildiyim dönəmlərdən keçmişəm. Bəzən bu arayışı susdurmaq üçün özümü axına atıb, insanların necə belə "xoşbəxt" yaşadıqlarını sorğulamışam. Ancaq bir müddət sonra bu qarışıqlığa aid olmadığımın fərqinə varıb, qanadlarının yanacağını bildiyi təqdirdə özünü alova atan pərvanələrtək özümü arayışın sirli alovuna təslim etmişəm. Bunun tək çıxış və doğru yol olduğunu bildiyim halda çevrəmdən çox-çox fərqləndiyimi gördükdə içimdə yaranan şübhələr, azlığın çoxluğa tabe olması düşüncəsi zaman-zaman həyatımda böhranlı mərhələlərdən keçməyimi qaçınılmaz edib. Bu etiraf həyatımın ortalama 1/3-ni yaşadıqdan sonra etdiyim bir etiraf olsa da, bu arayışın və daha çoxunun mənimlə birlikdə sonsuza kimi gedəcəyini tam əminliklə söyləyə bilərəm. Çünki bunu bilirəm ki, qəbul edilməsi çox çətin də olsa Şəms'in də dediyi kimi mən üzəcəyim bir dərya görürəm və mən o dəryaya məxsusam. Bəzən yaşadığın dərin duyğunu izah etməyə çalışmaqdansa özünü ona təslim etmək lazım gəlir. Və mən artıq özümü, hisslərimi ifadə edə bilməməkdən qorxmuram. Çünki bilirəm ki, bir gün mənim ifadə etməkdə çətinlik çəkdiyim duyğularımı bir gün hər kəs yaşayacaq. Və həmin andan etibarən heç nə əvvəlki kimi davam etməyəcək... Bəli, mən sonlu dünyanın sonsuz arayışının bir parçasıyam. Bəzən isə mən arayışın özüyəm. Sonsuza doğru atdığım hər addımda zamanın və məkanın ötəsində bir yaradılmışam. Və hər keçən an Yaradan'a bir addım daha yaxınlaşıram. Bunun üçün çox şanslıyam. Hisslərimi tökdüyüm bu incələmə bir gün mənimlə birlikdə tarixə qarışacaq. Ümid edirəm ki, keçmişin tozlu səhifələrini vərəqləyərkən bəlkə, kimlərsə bu yaşanmışlıq dolu sətirlərlə rastlaşar və yalnız olmadığını hiss edər...
İtiraf
İtirafLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202222,9bin okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.