Gönderi

Bu da qismətimdə olan "Gözəlim" çün
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim! O qara gözlərinin can fədasıyam, gözəlim! Mənim bu naləmin hər bir könüldə var əsəri, Şikəstə ney kimi ruhun qəzasıyam, gözəlim! Kəməndi-zülfüvə məntək əsir olan çoxdur, Hamıdan acizi, bəxti qərasıyam, gözəlim! Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə, Məhəbbət aləminin binəvasiyam, gözəlim! Elə nə zülm varındır, əgər dilim yansın Desəm, cəfalarının narizasıyam, gözəlim! Yolunda müntəzirəm, can verim görəndə üzün, Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Əgərçi, Vahidəm, əğyarə baş əyən deyiləm, Fəqət sənin səri-kuyin gədasıyam, gözəlim!
Sayfa 228 - Parlaq imzalarKitabı okudu
··
303 views
Kitabsever okurunun profil resmi
Dost, sənin xeyir xəbərlərini eşitmək mənə də nəsib olar inşəAllah. Ən çox bu xəbərə mən sevinəcəyəm, bilirsən, deyilmi?☺️
Nahid okurunun profil resmi
Utandırırsız əziz insan 😅, ama bu xoş həyadı. Yazdığım kimi, qismət... Mənçün elə yaxşıdı ki dostların doğma düşüncələri, inşallah sizlər də həyatınızda həyati bağlara qovuşasız, sevgi dolu yaşam diləyirəm. 😊🌿
1 next answer
M.zade okurunun profil resmi
Gözəl sevmək🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.