Sabahattin Alinin dərin bir hüzünlə bitən bir digər kitabı... Qədərinin məlumluğu kitabın ilk səhifələrindən bəlli idi. Yusif ən gənc yaşlarından belə valideyn itkisi səbəbilə ağılalmaz olğunluğa sahib idi. Hətta Səlahəddin bəyin evində ən çox onun sözünün keçməsi ağır bir o qədərdə idarəçi ruhlu bir obraz olduğuna açıq dəlildir. Bu isə öz simasını Muazzezin ona qarşı sonsuz hörməti və çox fərqli miqyasda sevgisi ilə nəticələnirdi. Qızın sevgi xəbərdarlığı əsas obraza həyatı dəfələrcə bezmədən sorğulamağa, qaçmağa çalışsa da eyni bariyerdə ilişməsinə və içindən çıxa bilmədiyi bir labirintə salırdı. Atalığının ölümü isə aşa bilmədiyi və daha ağır detallı düşündüyü digər bir mövzu aspekti idi. Maddi və mənəvi cəhətdən zəif düşmüş obraz artıq addım atmaqda korluq çəkir və həyatının necə davam edəcəyini təxmin belə etmirdi. Arada yaranan soyuqluqlar, israrlı yaşam mücadiləsi, bütün gücü ortaya qoyma çabaları onunla Muazzez arasında genişüfüqlu uçurum yaradırdı. Cəhdlərinə baxmayaraq uçurum daha da ucsuz bir hal almağa başlayır və sonda bu nəticəsizlik sevdiyi ilə onu sonsuza qədər ayırdı...