"Hər şeyi izah etmək olmur. Heç müharibəni də, üstəlik əgər uşaqları öldürürsə".
Sarsıdıtdın məni, Portağal bağı! Qopmağa vaxt tapmayan boyalarınla, atəşdən deşik-deşik olmuş pərdələrinlə... Ömrü bitdiyi üçün yox, qırılmasına "Gözə, nəzərə gəldi" və ya "Çıxacağı var imiş" kimi səbəblər irəli sürə bilməyəcəyimiz boşqablarının səsi ilə. Sarsıtdın...
Haqlısan, Amid. Hamımızın içində bilmədiklərimizi bilən, yaradılışımızı xatırladan güclü bir varlıq var. Röyalarımızda səyahət edən, gördüyümüz yuxulara səbəbkar olan biri var daxilimizdə.
Və səmada, ulduzların arasında Əzizi axtarmağa davam etmə artıq. Düşünürəm ki, sənin axtarışında olduğun əkizin ulduz sürüşməsi yaşayıb. Niyə? Bəlkə də, sənə qəribə gələcək bu fikrim. Ulduz sürüşməsi zamanı insanlar arzu tuturlar çox vaxt. Və insan oğlu xeyirli olub-olmayacağını önəmsəmədən sıralayır arzularını, dualarını. Əziz də kimilərinin xeyirli, kimilərinin isə zərərli dualarına qurban getdi, məhz o duaların təcəllisi oldu bu hekayədə.
Ey bəşər! Yeddi, doqquz, iyirmi, min yaşından sizə səslənən Amidlər, Əzizlər var. "Məni eşidirsiniz?" deyirlər. Eşidirsiniz? Qaldırın gözlərinizdəki maneələri, açın qulaqlarınızı. Eşidin, xahiş edirəm, eşidin. Eşitməsəniz, bir dəfəlik kəsiləcək bu səslər. Qoymayın solsun o nur, izn verməyin...
Bu kitabdan çıxartdığım böyük bir nəticəm var: Müharibə qəhrəmanı qatil, qatili qəhrəman edə biləcək yeganə qüvvədir. Ən ədalətsiz tərəfi də məhz budur.
Sevirəm müharibə mövzulu əsərləri, amma heç bir əsər bir "Portağal bağı" olmamışdı bu zamana kimi. Təşəkkür edirəm, Hamid Babayev . Belə möhtəşəm bir əsəri "Nebula Publishing" ilə oxuculara doğma dilimizdə çatdırdığın üçün. Sevimli korrektorlarımız İnci Zadə , Tinuviel , sizə də təşəkkürlər. Qüsursuz bir kitabın hazırlanmasına sərf etdiyiniz əməklər üçün. Var olun!
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
Səmimi şəkildə sevərək oxuduğum, sevərək korrektə etdiyim, oxuyacaq insanların düşüncələri üçün həyəcanla gözlədiyim kitabdı Portağal Bağı.
Bəyənməyə çox sevindim. Oxumağa, şərh verməyə zaman ayırdığın üçün minnətdaram💗💗
Təşəkkür edirəm, İnci💜
Oxuyub bitirəndən bəri şərh yazmağa fürsətim olmamışdı heç. Bu gün sitatları paylaşanda döndüm oxuduğum günə, təkrar yaşadım eyni hissləri mən də :')