Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

642 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Yenə zaman-zaman özümü tapdığım bir Dostoyevski əsəri daha.
Dostoyevskinin ömrünün son illərində yazdığı, son əsərlərindən biri "Yeniyetmə" romanını oxumağa başlayarkən, əslində təsəvvürümdə daha başqa şeylər canlanmışdı. Həyata ilk qədəmlərini qoyan bu gəncin sevgi macəralarına, cibində qalan son rublları ilə, üstəlik də vərəmdən əziyyətdən çəkərkən həyatda qalma çabalarına şahidlik edəcəyimə güman edərkən, məgər onun nəinki bu yaşlarda, illər boyunca valideyn qayğısına olan böyük möhtaclıq içində yaşadığını öyrənmək mənə daha sarsıdıcı təsir göstərdi. Valideynlərdən də biri, hansı ki heç atalıq belə etməyib, məhz bu adama qarşı duyulan misilsiz heyranlıq yeniyetmənin davranışlarında aparıcı rol oynayır. Maraqlıdır, kimilərində bu ehtiyac qarşı tərəfə nifrət doğurur, onun isə nifrət bəsləyə bilməyəcək bir ürəyi var idi... Və qəhrəmanın ömründə baş verən ən yaddaqalan və əsas hadisələri qeyd edərkən, həm özünə tənqidi yanaşmağı bacarması, özünü tərbiyə etməsi, həm də ətrafındakılar haqqında fikirlərini bir araya gətirməsi mənə görə çox incə, çox önəmli bir məqam idi, bəlkə də, hamımızın eləməli olduğumuz, hamımız üçün xüsusən öz səhvlərimzi görməkdə, öz baxış bucağımızı dəyişməkdə böyük əhəmiyyət daşıyan bir hərəkətdir.. Əsərdəki hadisələr ardıcıllığı bir müddət sonra məni öz axarına çəkməyi bacardığı kimi, ümid edirəm, hamı üçün də yetərincə maraqlı olar. Xüsusən, kimlər ki, qəlbində bu və ya buna bənzər intizar çırpınışları ilə yaşayıb və ya yaşayır, kim ki uşaqlıq və gənclik illərini daim nələrinsə əskikliyini duyaraq keçirib, bu əsər onlar üçün daha təsirli səhnələr, daha tanış duyğular ehtiva edir. Dostoyevski oxuyanın mükəmməl bir ömür sürən xoşbəxt biri olması ehtimalı nə qədərdir ki?
Yeniyetmə
YeniyetməFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20143,545 okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.