Qadının fədakarlığı
Puan vermedi·420 syf.··
2023 9. kitabı
"Anam hər zaman deyərdi ki, bu süfrədə hər kəsin payı var. Deyəsən elə o zamandan mənim payım olmayıb..." Mənim payım.... Nə zaman xatırlasam içimi parçalayacaq hekayə. Hekayə demək bəsit qalır sanki. Qadının gücü, qadının ümidləri, qadının əzmi , qadının fədakarlığı... Ahhh Məsumə... bütün həyatını ,arzularını, hədəflərini, gəncliyini, sevgisini fəda edən Məsumə... Oxuduqca dayanıb boş boş divara baxmağıma səbəb oldu bu kitab. Obrazlar o qədər incəliklə təsrəvir edilib ki, sanki , gerçək həyatda onlarla şəxsən tanışam kimi hiss etdim. Kitabda İslama bağlı bir ailədə böyüyən özüdə islama bağlı olan Məsumə zorla ərə verilir. Və toydan sonra Məsumə evləndiyi oğlanın ateist olduğunu öyrənir. Hadisələr də elə ondan sonra başlıyır.... Hadisələr İslam inqilabı dönəmində cərəyan etdiyi üçün inqilabdan da söz gedib. Düzdü inqilabla bağlı bəzi fikirlərin analizini bəyənməsəmdə, ümumilikdə möhtəşəm idi. Bu kitabdan sonra "qadın kimdir ?"sualına verəcək saysız hesabsız cavablarım var. Təsirindn çıxmaq çətin olsada heç olmasa bir dəfə oxunmalıdır.... Həyatda öz paylarından məhrum olan neçə Məsumlərin xoşbəxtliyi tapması ümidi ilə.... xoş mütaliələr....
Hayata Dair
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,409 okunma
·
89 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.