Bu parça <<Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən getməsinin yaxşı izahıdır.
Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq. Anlamırıq: «Biz Onun üçün hansı qapıları açsaq, O da oradan girəcək».