Gönderi

Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.
Yüz sərvi-xuraman ola, könlüm səni istər, Yüz baği-gülüstan ola, könlüm səni istər. Yüz zöhrəcəbin, mahliqa, mehri-dilara, Yüz min məhi-taban ola, könlüm səni istər. Bu zülməti-zülfündə ləbin abi-bəqamız, Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər. Ey xublərin şahı, könüldür sənə talib, Aləm hamı xuban ola, könlüm səni istər. Ey dust, bizə huriyi-qılman nə gərəkdir, Yüz huriyi-qılman ola, könlüm səni istər. Seyyid degiləm bənd olam hər bir güli-alə, Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.