Gönderi

400 syf.
10/10 puan verdi
·
Liked
“Gün Var Əsrə Bərabər”
Sovetlər Birliyi dövründə  qarşılaşdığımız müxtəlif sosial və mədəni problemləri Sarı-Özək düzündə yaşayan insanların timsalında əks etdirir. Sarı-Özək Qırğızıstanda minlərlə yaşayış yerlərindən biri kimi görünsə də, oxuduqca aydın olur ki, yaşadığımız yerlərin sevinc və kədərləri çox oxşardır. Əsəri oxuduqca anlayırsan ki, tarixi hadisələri dövrün tələblərinə uyğun xatırlamamağın cəzası ağırdır. Əminəm ki, hamımız bu romanda da bəhs edildiyi kimi başqa yerlərə getmənin arzusunu dərin hiss etdiyimiz anlar yaşamışıq. Əsrə Bərabər Olan gün isə, qəhrəman Yedigeyin dəvə belində dostu Qazanqapın vəsiyyətini gerçəkləşdirmək üzrə tabutunu Ana Beyit qəbiristanlığına aparmaq üçün yola çıxdığı gündür. Yedigey öz yüksək mənəvi borcuna sadiq olduğunu əsər boyu dəfələrlə sübut etmiş vicdanlı bir obrazdır.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201576 okunma
·
32 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.