Gün Var Əsrə Bərabər

Cengiz Aytmatov

Comments and Reviews

See All
400 syf.
8/10 puan verdi
·
Read in 7 days
Əsərin yazıldığı dövr, ailə-məişət probelemləri, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə - hər biri bizim ədəbiyyata xas olduğu üçün çox tanış və doğma gəldi. Əsəri oxuduqca müəllifin Stalin və onun siyasətinə, kommunizmə qarşı nifrət açıq-aşkar hiss olunurdu. Bundan başqa kitab fantastik süjetlə yazılsa da oxuduqca göz önündə canlanan kosmik səhnələrlə müəllif insanların hələ də sülh və əmin-amanlıq içində yaşaya bilməməsi problemini gizli şəkildə bildirməyə çalışıb. Əsərin adına gəldikdə isə: baş obraz Yedigeyin can dostu Qazanqapın dəfnində göz önündən film kadrları kimi keçən həyatı göz önündə canlanır. “Əsrə bərabər gün” də məhz odur. Əsərdə mənə ən toxunan məqam Manqurt əfsanəsi, Abutalıb və ailəsinin bir-birinə bağlılığı və onların aqibəti oldu. Sovet sisteminin təhsil adamlarını hədəf alması və neçə-neçə günahsız insanların bada getməsini xatırladıqca bir daha onlara nifrət etdim.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
Reklam
400 syf.
8/10 puan verdi
Amma dəniz hər ölü balığı ayaq altına atmır.
İlk öncə onu qeyd edim ki, kitabın ilk 80 səhifəsi məni candan usandırdı. Bəli, qəbul edirəm bu kitabı mükəmməl adlandıra bilmərəm. Amma hər kəsin həyatında ən azı bir dəfə barmaqları bu kitabın səhifələrinə toxunmalıdır. Gəlin özümüzə bir sual verək ; "Bəşər tarixini sarsıdan onu, bütün çıxılmaz yollarla sınayan ən dəhşətli hadisə nə
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 9 days
Manqurt olmasın gərək insan!
İnsan gərək öz kimliyini bilsin, manqurt olmasın. Çingiz Aytmatovun bu əsəri məni məndən aldı. Ümumiyyətlə əsərdə yazılan hər şey mükəmməldir. Mən hətta bir dəvə almağı da düşünürəm, Qaranər kimi olmasa da bir xudmani dəvə nəysə,. Hamıya oxumağı tövsiyə edirəm! Və ürəyimdə ilk oxuduğum romandan sonra güclü bir hiss yaradan kitab olduğunu vurğulamaq istəyirəm. Xoş mütaliələr, əziz oxurlar!
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
400 syf.
10/10 puan verdi
·
Liked
“Gün Var Əsrə Bərabər”
Sovetlər Birliyi dövründə  qarşılaşdığımız müxtəlif sosial və mədəni problemləri Sarı-Özək düzündə yaşayan insanların timsalında əks etdirir. Sarı-Özək Qırğızıstanda minlərlə yaşayış yerlərindən biri kimi görünsə də, oxuduqca aydın olur ki, yaşadığımız yerlərin sevinc və kədərləri çox oxşardır. Əsəri oxuduqca anlayırsan ki, tarixi hadisələri dövrün tələblərinə uyğun xatırlamamağın cəzası ağırdır. Əminəm ki, hamımız bu romanda da bəhs edildiyi kimi başqa yerlərə getmənin arzusunu dərin hiss etdiyimiz anlar yaşamışıq. Əsrə Bərabər Olan gün isə, qəhrəman Yedigeyin dəvə belində dostu Qazanqapın vəsiyyətini gerçəkləşdirmək üzrə tabutunu Ana Beyit qəbiristanlığına aparmaq üçün yola çıxdığı gündür. Yedigey öz yüksək mənəvi borcuna sadiq olduğunu əsər boyu dəfələrlə sübut etmiş vicdanlı bir obrazdır.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
Reklam
413 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 113 days
Çingiz Aytmatovun yazı üslubu mənə Jack Londonu niyəsə xatırladır.Bəlkə də obrazları təsvir və tərənnüm qabiliyyəti,təbiətin bədii boyalarla əksi hər iki sənətkarın yaradıcılığına xas olduğu üçün belədir.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
400 syf.
·
Not rated
·
Read in 6 days
Gün Var Əsrə Bərabər : “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gələr gedər... gedər gələrdi” cümləsinə əsərdə tez-tez rast gəlinir. Əsərdə insanların daimi yaşayış yeri Sarı-Özək düzüdür. Qırğızıstanda yerləşən minlərlə yaşayış yerlərindən biri kimi görünə bilər bizlərə. Orada yaşayan insanların sevinc və kədərləri bizim də yaşadığımız yerlərin sevinc və kədərlərinə çox oxşardır. Əsərdə Əsrə Bərabər Olan gün, qəhrəman Yedigeyin dəvə belində dostu Kazangapın vəsiyyətini gerçəkləşdirmək üzrə tabutunu Ana Beyit qəiristanlığına aparmaq üçün yola çıxdığı gündür. Səhərdən axşama qədər davam edən qarlı və soyuq yol boyunca bir dəmiryolu işçisi olan Yedigeyin gənclik illərindən bu günlərə qədər keçən zamandan və xatirələrindən yola çıxaraq xalqların və müxtəlif toplumların problemlərinə toxunduğu görülür. “..Əlindən varını, mülkün alsalar bu sənin ölüm səbəbinola bilməz. Amma sənin qürurunu qırar, ruhunu öldürərlərsə, bax buna heç bir çarə tapa bilməzsən..”
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
400 syf.
10/10 puan verdi
Mükəmməl
Mükəmməl, mükəmməl, yenə də mükəmməl! Hər kəsə tövsiyə edirəm. Dünya ədəbiyyat tarixinin çox nadir nümunələrindəndir. Çingiz Aytmatov bir başqadır.
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
400 syf.
·
Not rated
" Gün var əsrə bərabər" romanı bu böyük yazıçının ən kamil, müdrik əsərlərindəndir. Bu əsərdə ən balaca bir işarədən tutmuş adi nöqtələrə qədər hər şey əvvəlcədən düşünülmüşdür. Belə ki, ilk səhifələrdə o qədər də diqqəti cəlb etməyən və bəlkə də əhəmiyyətsiz görünən bir detal o biri səhifələrdə zəruri bir detalla və ya önəmli bir fikirlə tamamlanır. Yalnız onda başa düşürsən ki, ilk səhifələrdə sənə əhəmiyyətsiz görünən sözlər və yaxud cümlələrin nə qədər böyük əhəmiyyəti varmış ".
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545.9k okunma
Reklam
413 syf.
10/10 puan verdi
Dünyanın En Güzel Romanı
Bence dünyanın en güzel romanı budur... Evet, kabul ediyorum, tamamen kişisel bir görüş bu ancak ben öyle olduğuna inanıyorum. Bu görüşe ilk sahip olduğumda henüz bir üniversite öğrencisiydim ve kitap okuma maceramın başlarında sayılırdım. Lakin aradan uzun yıllar geçti, aralarında hatırı sayılır miktarda roman da olan binden fazla kitap okumuş
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202145.9k okunma
413 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 4 days
Cengiz Aytmatov'un sanırsam okuduğum dördüncü kitabıydı ve bariz şekilde bir ayrıntı dikkatimi çekti. Sevgili yazarımızın dört kitabında da savaş, illa ki bi yerlerde geçiyor. Aileler savaşlardan etkileniyor veya oğullarını savaşa gönderiyorlar. Hep bir çekilmişlik havası var. Sonra kendimce zor olmayan bir sonuca vardım. (Aslında bu sonuca herkes
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202145.9k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.