Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Bu romanı müəllif öz həyatından da ilham alaraq 12 günə yazmışdır. Mənim ən təsirləndiyim, sonunda göz yaşlarımı saxlaya bilmədiyim çox gözəl bir kitabdır. Oxuyarkən aldığım təəssürat o qədər möhtəşəm idi ki, kitabın qurtarmağını istəmirdim. Zeze adlı 7 yaşlı oğlanın başına gələnlər, keçirdiyi ağır uşaqlıq mənə çox təsir etdi. Nəticədə kitab bitəndən sonra çox böyük bir boşluq hiss etdim. Zeze çox kasıb ailədə doğulub onu anasından və böyük bacısından başqa evdə hər kəs döyür və incidir. Hər şeyin heyfini ondan çıxırlar. Bu uşaq isə hamıdan fərqli, çox həssas düşüncəyə malikdir. Həyətlərinə bir şeker portakalı əkir və hər gün onunla dərdləşir. Bu ağac onun dostu olur. Onu dəcəlliyinə görə nə qədər döysə də, Zeze atasını xoşbəxt etmək üçün işləyir, ona kömək edir. Bir küçə müğənnisindən öyrəndiyi mahnını atasına oxuyur. Atası mahnını tərbiyəsizlik hesab edir və uşağı çox pis döyür. Bir gün Zeze Portuga adlı Braziliyalı bir kişi ilə tanış olur və onunla dostlaşır. Hər gün görüşürlər. Hekayənin sonu isə faciəlidir. Onun ən yaxın dostlarının, yəni, Portuga və şeker portakalının başına böyük bir müsibət gəlir. Bacı və qardaşı Zezeni yenə çox möhkəm döyürlər o xəstə yatır. Və bu müddət ərzində ölümü arzulayır. O özü cismən sağalır, amma artıq onun uşaqlığı ölür...OXUYUN və OXUTDURUN. #şekerportakalı #zeze #edebiyat #çocukluk #azerbaycan
Şeker Portakalı
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022230,6bin okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.