·140 syf.··Beğendi
···Okunma: 04 Eylül 2023 17:34 Dostoyevski bizim düşünməkdən,dilə gətirməkdən qorxduqlarımızı açıq-aydın üzümüzə vurur,kitabında da eynən bunu vurğulayır.İnsanın necə paradoksal bir varlıq olduğunu dəlillərlə sübut edir.Kitabın əvvəlində bir insanın canı istəyir deyə həkimə belə getmək məcburiyyətində olmadığını yazır.Sırf hür iradəsi olduğunu,ona heç kimin zorla heç nəyi etdirə bilmədiyini özünə sübut etmək üçün.Amma kitabın sonunda bunların tam əksini görürük.Sərbəstliyin,tam azadlığın gətirdiklərinə heç vaxt hazır olmayacağımız bəlli olur.İnsan olmaq belə bizə çətin gəlir,fərqli olmaqdan qorxuruq,hamı kimi adi bir insan olmaq üçün çabalayırıq.