Gönderi

...Anam ölǝndən ilk dəfə güldü, əlimdən tutdu. Dedi ki, Əlbəttə, səni çox istəyirəm, heç vaxt buna şübhən olmasın, cavansan, indi keçirdiyim hissləri başa düşə bilməzsən, amma bir gün başa düşəcəksən, əgər çox sevirsənsə, uzun illər ərzində həyat yoldaşın sənin bir parçana çevrilir, səninlə həmfikir olur, sənin bütün hisslərini, arzularını bilir, sən bunun necə baş verdiyini hiss eləmirsən, amma zaman keçdikcə o sənin valideynlərindən, övladlarından, bütün qohumlarından, dostlarından üstün olur, onu itirəndə isə bu dərd insanı bütünlüklə öz ağuşuna alır, ona yuxuda, gerçəkdə əzab verir və bundan qurtuluş yoxdur, belədə ölüm adamı özünə cəlb edir, bircə şeyi arzulayırsan, ölüm tez gəlsin və sən bu dözülməz əzablardan qurtulasan, ikinci ölmək böyük faciədir, mənim bəxtim gətirmədi...
Sayfa 156Kitabı okudu
·
284 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.