Qara Paltarlı Qadın

Magsud Ibrahimbeyov
Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti “Maqsud İbrahimbəyovun yaradıcılığına bir dəfə müraciət edən şəxs sonralar onun əsərlərinə dönə-dönə qayıdır və bu əsərlərdə özü üçün hər dəfə nəsə yeni bir şey tapır. İbrahimbəyov rus dilində yazıb, bununla belə o, əsl xalq yazıçısı olub və belə olaraq da qalır. Çünki onun hər bir əsəri ana torpağa, doğma köklərə məhəbbətdən yoğrulub...” Tərlan Qorçu, rejissor, rəssam “Bu əsəri oxuyarkən sanki ağ-qara şəkillərlə dolu köhnə fotoalbomu vərəqləyirsən və çoxdan bəri, özü də çox yaxşı tanıdığın onlarla adam onun səhifələrindən diqqətlə sənə baxır. Bu adamların hər biri sənə öz məhrəm həyat hekayəsini danışır. Bununla belə yaddan çıxarmayaq ki, bu hekayələr bizim ümumi tariximizdir və biz onu unutmamalıyıq”. Pavel Finn, kinossenarist “Bu povesti oxuyub həddən artıq böyük zövq aldım. Gözlənilməz hadisələrlə dolu olan, heç nəyə bənzəməyən, səmimiyyət saçan çox gözəl nəsr nüminəsidir. O qədər gözəl əsərdir ki, ona sadəcə olaraq vuruldum. Maqsuda vurulduğum kimi, Bakıya vurulduğum kimi vuruldum...” Natalya Krımova, teatr tənqidçisi “Maqsud İbrahimbəyovun povestlərində hadisələr qədim pritçada olduğu kimi, ağır-ağır, tələsmədən, ləng gedir. Dostoyevski kimi Maqsud da süjetləri qəzetlərdən götürür. Hətta ən adi, bəsit hadisə belə onun qələmində dərindən götür-qoy eləməyə və fəlsəfi düşüncələrə əsas verən maraqlı hekayəyə çevrilir. Heç kim bunu onun kimi yaxşı bacarmır”. Konstantin Şerbakov, kinoşünas “Bu əsər doğrudan da adət etdiyimiz hisslərin partlayışıdır, vərdiş etdiyimiz yoldan cəsarətli və ağıllı şəkildə uzaqlaşmaqdır. Burada yazı sərbəstliyi var, məişət səhnələrindən pritçanın sərt simvolikasına nadirən baş verən təbii keçid var. Maqsud İbrahimbəyov burada öz imkanlarının miqyasını açıb göstərir”.
Author:
Magsud Ibrahimbeyov
Magsud Ibrahimbeyov
Estimated Reading Time: 4 hrs. 39 min.Page Number: 164Publication Date: 2020Publisher: Teas Press Nəşriyyat evi
ISBN: 9789952532432Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
164 syf.
10/10 puan verdi
·
Liked
Mən həqiqətən də inanıram ki, hər oxunan kitab, vaxtına çəkər. Mən bu kitabı, müstəqillik günü və şanlı ordumuzun 28ildən artıq düşmən işğalından azad olunduğu günlərdə oxudum, və bundan bixəbər olaraq. Mən Maqsud İbrahimbəyovla yenicə tanış olmuşam, bu əsər isə onun oxuduğum 3cü işi, ikinci kitabıdır. Yazıçının üslubunu, gözlənilməz
Qara Paltarlı Qadın
Qara Paltarlı QadınMagsud Ibrahimbeyov · Teas Press Nəşriyyat evi · 202041 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.