Gönderi

Dzen yanaşması birbaşa obyektin özünə daxil olmağa və onu olduğu kimi içəridən görməyə əsaslanır. Gülü tanımaq-gül olmaqdır; gül olmaq- gül kimi- çiçəklənmək, gün işığından və yağışdan həzz almaqdır. Bu, baş versə, gül mənimlə danışacaq və mən onun bütün sirlərini, sevinclərini, dərdlərini, daxilində vibrasiya edən həyatın özünü biləcəyəm. Və təkcə bunu da yox. Gül barədəki “biliyimlə” mən kainatın bütün sirlərini bilmiş olacağam. Bu sirlər öz “mən”im barədə sirləri də əhatə edir. İndi isə gülü dərk etməklə, mən öz “mən”imi də dərk etmiş oldum. Özümü güldə itirərək mən həm öz “mən”imi, həm də gülü tapmış oldum.
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.