Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İstəsən sükuta bürünsün cahan, Heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan O ani, o ani görüşlərini. İstəsən, qoy olsun! Nə danış, nə din! Al indi o əziz günləri məndən. İstəsən bir sabah mənə verdiyin Sədaqət andını al geri məndən. İstəsən, al məndən düşəndə kölgə Yaşıl meşələrin pıçıltısını. Bizimçün darıxan sahillə birgə, Al məndən dənizin parıltısını. Fəqət, soyuq baxma sən gendən, gözəl! Sənsiz günəşsizdir bu göy, bu torpaq. Hər şeyi, hər şeyi al məndən, gözəl, Təkcə ümid qalsın qoy məndə ancaq. Ümid – bir dünyalıq sükut içində, Bir dünyaya dəyən gülüşlərindir. Ümid – bir şimşəkdir bulud içində, O ani, əbədi görüşlərindir...
Nəbi Xəzri
Nəbi Xəzri
·
274 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.