Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

608 syf.
6/10 puan verdi
·
26 günde okudu
Dostoyevskinin daha bir xəyal qırıqlığına uğradan əsəri.
Podrostok
Podrostok
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Romanın əvvəlində böyük ümidlər verən “atalar və oğullar” sualı gedişatda özlüyündən həll olur, problemin oğullarda buraxdığı izlər və ataların etdikləri/etmədikləri hərəkətləri üçün səbəbləri araşdırılmır və yeganə maraqlı bu iki obrazın bütün növbəti süjet xətti ərzində inkişafı yazıçının o qədər də ustalıqla qələmə almadığı intriqanın həllinə yönəlir. İkinci dərəcəli obrazlar orijinal, lakin müəllifin əsərləri üçün xarakterik olub, əsəri xilas edəcək qədər çox açılmırlar. Əsərdəki çoxsaylı köməkçi obrazlar ya qeyri-real təsir bağışlayır, ya da tamamilə lazımsızdırlar, hadisələrin gedişatını onlar olmadan da eyni məcra ilə sona çatdırmaq olardı. Əsərin əvvəlindən sonuna qədər uzanan, demək olar ki, bütün obrazları bir araya gətirən və həlli ilə əsərin də başa çatdığı əsas intriqa ucuz televiziya seriallarını xatırladır. Bütün romanlarda, məlum məsələdir ki, obrazların dilindən yazıçılar danışır, bu qaçınılmazdır. Lakin “Yeniyetmə”də dialoqları, monoloqları oxuduqca anlaşılır ki, ürəyi dolu olan fiqurlar deyil, elə yazıçıdır. Ömrünün son illərində Fyodor Mixayloviç əvvəlki əsərlərində demədiyi, yaxud da bu əsəri yazdığı zaman zehnində yetişən bütün fikirləri obrazların ağzına tıxayır. Əsəri qələmə alan yeniyetmənin ağzından 60 yaşındakı qoca kişi danışır və alınan effekt süni və zorlanmış təsir bağışlayır. Yazıçının qələmə aldığı fikirlər də artıq köhnəlmiş, aktuallığını itirmiş, doğruluğu şübhə doğuran fikirlərdir. Rus ədəbiyyatında Dostoyevski slavyonofil adlandırılır, hansı ki zənnimcə şovinizmə qoyulan evfemistik bir addır. Qadınlar, qadın-kişi münasibətləri barədə də dəfələrlə yanlış fikirlər səsləndirilir, baxmayaraq ki, əvvəlki oxuduğum əsərlərindən məndə müəllifin bu mövzuda zamanından irəli olması təəssüratı formalaşmışdı. Rus cəmiyyətinin o dövrkü problemləri, inkişaf xüsusiyyətləri isə nəinki bugünün Azərbaycan gənci üçün, heç hər hansı bir rus gənci üçün də müəyyən bir əhəmiyyət kəsb etmir.
Podrostok
PodrostokFyodor Dostoyevski · Азбука · 20213,561 okunma
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.