Bir kitab haqqında fikirlərimi ilk dəfə paylaşıram.
Yəni kitbda məni təlaşlandıran,kədərləndirən bir o qədər də heyrətləndirən hissələri yazmazdan öncə kitab haqqında öyrəndiyim və bəlki də çoxlarımızın artıq bildiyi,amma mənim yeni öyrəndiyim bir məlumatı sizlərlə bölüşmək istəyirəm.Deməli,kitabın yazarı George Orwel bu kitabı 1948-ci ildə yazıbmış,kitabın adındakı və içindəki hadisələrin zaman dilimi olan 1984 isə 48-dəki rəqəmlərin yer dəyişməsindən əmələ gəlir.Və başqa bir məlumat isə müəllifin 1950-də London da vəfat etməsidir.Belə bir qənaətə gəlinir ki,müəllif əslində kitabdakı hadisələri keçmişi ələ alaraq gələcəyə yönəlik yazmışdır,bir baxıma etiraf etmək gərəkirsə kitabdan sonra bu həyatda yaşadığımız hər anda belə izlənirik düşüncəsinin doğruluğu məni narahat etdi.Hər nəysə kitabın təsirində hələ də qaldığım bu anlarda istəyirəm ki,fikirlərimi bölüşüm.
1984-ü türk dilində oxudum,yəni bizdəki tərcüməsinin necə olduğundan xəbərsizəm,amma bu dildə oxumam məni daha çox bəzi fikirləri analamağıma kömək etdi.Kitabdakı "Büyük Ağabey Sizi İzliyor" cümləsi belə bir yerdən sonra necə bir dövrü əhatə etdiyini mənə açıqlamağa bəs etdi.Hadisələrin danışıq dili uzun və yorucu olacağını zənn etsəm də bir yerdən sonra bu fikrimdə yanıldığımı görürəm.
Bundan sonra yazacaqlarım kitabı oxumayanlar üçün tövsiyyə etmirəm,bir növ spoiler kimi anlaya bilərsiniz,bu sizi narahat etməyəcəksə oxuya da bilərsiniz.
Ən başda yazmaq istəyirəm ki,bu kitabın sonunu belə gözləmirdim.Yəni ölməsini,öldürməsini,üsyan belə çıxarmasını gözləyirdim,amma başda dediyi,düşündüyü hər şeyə xəyanət etməsi məni çox üzdü.Yaxşı,mən də qatılıram ki, o qədər yaşadıqlarından sonra normal fikirlərinə sadiq qalması mümkün deyildi,amma bir yerdən sonra Büyük Ağabeyi sevdiyini deməsi,tanrım, heç gözləmirdim.Amma indi yazdıqca düşünürəm ki,bəlkə də Winston içində bir yerlərdə hələ də onu sevdiyimiz haldadır.
Kİtabın mövzüsuna gələrsək kitabda baş obrazımız Winston Smith yaşadığı zamandakı İngiltərəni bizə bol-bol bütün siyasi ayrıntılarına qədər danışır.Bir növ müəllifin yazdığı bu hissələrin ayrıntı mükəmməliyinə qədər heyran olsam da oxuyanda yersiz uzunluğuna ara verərək oxudum,çünki hədsiz yorulub bir yerdən sonra oxuduğumu anlamırdım,mövzüya dönüş edək.Deməli bu Winston bu dövrdəki insanlardan fərqli düşündüyünü,bu idarə etmənin varlığını hər şeydən öncə partinin hökümranlığını daxilində sorğulayır həmişə,amma düşüncə polisinə ve tele-sekretere tutulmamaq üçün bu düşüncələrini gizlətməli olduğunun da fərqindədir.Smith hətta evində belə rahat olmamağın verdiyi hislə boğuşarkən ona yaxın düşüncələrə sahib insanların varlığını kimsələrə bildirmədən axtarır.Bu zaman bir zamanlar özünün deyimi ilə düşüncə polisi olaraq zənn etdiyi, qara, qısa saçlı Juliaya ilə rastlaşır.İlk zamanlar təsadüf raslantılar olaraq anladığı bu anların əslində Julia haqqındakı fikirlərində yanıldığını,Julianın ona sevgi etiraf etməsiylə dəyişir.Burdan sonrası onların gizli yerlərindəki görüşlər,fikirlərinin bir yerdən sonrakı dövürə qarşı dəyişkənliyi,partiyə olan nifrətləri hər biri Julia ilə tam təsdiqini tapır.
Amma dövrə qarşı edilən üsyanlara qoşulmaq istəyi, bir növ varlığının belə dəqiq bilmədikləri Kardeşlik hareketine dəstək olmaq istəkləri uğursuz nəticələr verir.Bundan sonrası isə tamamilə onlarla bağlı oxuyacağımız bir nəfəslik həyacanlardan ibarətdir.
Kitabı hər kəsə çox həvəslə tövsiyyə edirəm,ondakı alıntıların altındakı mənalar mükəmməliyi ilə valehedicidir.Təbiki kitabı müəyyən bir yaş həddindən sonra ordakı fikirləri daha anlamlı olacağına əminəm.Kitabdakı bir neçə bəyəndiyim alıntını bura yazacağam.
"Bilinçleri uyanıncaya kadar asla isyan etmeyecekler ve isyan edinceye kadar da asla bilinçli olmayacaklar."
"İçine hükmedemezler.Hiçbir sonuç elde edemesen de,eğer insan olarak kalmayı hissedebiliyorsan,onları yenmişsin demekdir."
"En iyi kitapların,size zaten bildiklerinizi anlatan kitaplar olduğunu anlayın"