Ulduzlar artıq daha kədərlidir... #Ekzüperiyəsəyahət
10/10
·128 syf.··
Beğendi
·
2023 7. kitabı
Kiçik Prins Antoine de Saint-Exupéry Deməəək,bu möhtəşəm kitab 2-ci dəfə oxuduğum nadir kitablardan biridir. Hekayəsi,izah tərzi, personajı və personajın məsumluğu məni o qədər içinə çəkir ki... Bu kitab haqda məlumat verməyəcəm, çünki demək olar ki, hamı ya bu kitab haqda eşidib,ya da bu kitabı oxuyub.Sadəcə hisslərimi bölüşəcəyəm. Kitab mənə çox toxundu.Bunu yazanda belə gözlərim dolur.Necə də tez böyüyürük... Necə də tez uşaq məsumluğumuzu itiririk... Necə də tez uşaq dünyamıza "əlvida" deyirik... Görəsən niyə uşaq məsumluğumuz bizi bu qədər tez tərk edir? Səbəb nədir? Qəlbimiz qarşıdakı insanı geyiminə,puluna görə mühakimə edəcək vəziyyətə nə zaman gəldi? Bu suallara cavab tapmaq oxucunun kitabla necə bütünləşməsilə bağlıdır. Qəlbimdə özünə yer edən Kiçik Prinsim üçün darıxıram,bu necə olur deyə soruşsanız,inanın, özüm də bilmirəm.Kitabın təsirli dilinin qəlbimə saldığı kədər toxumlarının bəhrəsi olduğunu düşünürəm. Ən çox kədərləndiyim, gözlərim dolan hissə ayrılıq səhnəsi idi.Kitablarda nə ayrılıqlar gördüm,nə səhnələr gördüm.Amma bu bir başqa idi.Özü kiçik olsa da,qəlbi hamını sevə biləcək qədər böyük olan o uşaqdan ayrılan yazarın hissləri... Necə ayrılıq idi bu? Dost,ailə və s.kimi şəxslərdən ayrılmaq kimi deyildi.Bu ayrılıqda məndə yer edən bir qəribəlik sezilirdi. Bu ömür boyu səni dərk eləməyən insanlar arasında sıxılan ürəyinə həmdəm tapan 𝒊𝒌𝒊 𝒚𝒂𝒍𝒏𝒊𝒛 𝒒ə𝒍𝒃𝒊𝒏 ayrılığı idi 𝑺𝒂𝒈 𝒐𝒍,𝑲𝒊𝒄𝒊𝒌 𝑷𝒓𝒊𝒏𝒔𝒊𝒎...Səni tanıdıqdan sonra ulduzlar artıq daha kədərlidir...
Kiçik PrinsAntoine de Saint-Exupéry · Qanun Nəşriyyatı · 2019279,9bin okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.