Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

187 syf.
10/10 puan verdi
Günel Mövludun “Düşərgə” bioqrafiya romanını oxuyub bitirdim. Əsəri oxumağa bu gün başladım və kitab məni özünə oxutdu.Bu gün də bitirdim. Kitabı uzun müddət mağazalarda axtarandan sonra yazar xanıma yazıb sifariş eləmişdim. “Zəhmət olmasa, imzalı kitab göndərin” dedikdən sonra Günel xanım, “kitab Gürcüstandan gələcək mən Norveçdəyəm onu imzalaya bilməyəcəm” demişdi. Kitabı aldım.Gözlədiyimdən nazik olması və kağızlarının çox ağ olması oxumağımı gecikdirdi.Hətta nə yalan deyim bahadır da demişliyim oldu. Amma həqiqətən, tam səmimi deyirəm.Bu kitab qiymətsizdir! Bu gün kitabı niyə daha öncədən alıb oxumamağımın peşmançılığını çəkdim. Yazar xanım kitabı yazmaqdan öncə yaşayıb.Mən onun yaşanmış həyatını oxumuşam.Onunla birgə kitabı yaşadım,empati qurdum,ara- sıra gözlərim doldu, ağladım. Çox bəyəndim Əsər müharibənin arxa üzüdür, görünməyən tərəfi. Roman yazar xanımın “Müharibə əxlaqsızlıqdır” fikri ilə başlayır. Müharibə həm də vicdansızlıq, ədalətsizlikdir.Bir qızın bu qədər şeyləri yaşamağı və bunu cəsarətlə qələmə almağı ancaq qürurvericidir!Günel Mövludu bəyənirdim.Bu əsərdən sonra bir başqa tərəfini kəşf elədim. Bilmirdim o məcburi köçkündür və 5 il Sabirabad rayonundakı Qalaqayın çadır şəhərciyində yaşayıb.Təbii ki, buna yaşamaq demək olarsa.. Kitabı qarışıq duyğularla, ürək ağrısı ilə və fəxrlə oxudum. Niyə fəxr?Bir xanımın bu qədər əzabla o cür şəraitdə oxuyub arzularının arxasıyca getməsi bir qadın kimi məni sevindirdi. Çətinlikdən yenidən doğulub Günel Mövlud. Tövsiyə edirəm , oxuyun. Çox sevindirici haldır ki, artıq torpaqlarımız geri qayıdıb və qisasımız alınıb.Əziklik duyğusu ilə kitabı bitirmədim.Əksinə gec də olsa Düşərgədə qalan məcburi köçkünlərin adına sevindim.Torpaqlarına qayıtma şansı,gözlədikləri bu illər boşa getmədi.Düzdür, bəzən hər şeyə o qədər gecikərsən ki, bir şeyin olması səni sevindirməz daha doğrusu sevindirə bilməz.Amma içimizdəki o izah edə bilmədiyimiz qürur və fərəh hissi yəqin ki, Azərbaycanlı olmağımızdan, qisasımızın alınmasından irəli gəlir. Başı dik, alnı açıq ,torpaqları geri qayıtmış Azərbaycanlılar. Azərbaycanda çadır şəhərcikləri artıq yoxdur! Müharibə olmayan, sülh, əmin- amanlıq və huzur dolu günlərə Gunel Mövlud ,qələminiz iti, uğurlarınız bol olsun.
Düşərgə
DüşərgəGünel Mövlud · Apostrophe · 20205 okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.