Düşərgə

Günel Mövlud
Tahmini Okuma Süresi:
5 sa. 18 dk.
Sayfa Sayısı:
187
Basım Tarihi:
2020
Yayınevi:
Apostrophe
ISBN:
2001276404637
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

10/10
·187 syf.··
2023 40. kitabı
Günel Mövludun “Düşərgə” bioqrafiya romanını oxuyub bitirdim. Əsəri oxumağa bu gün başladım və kitab məni özünə oxutdu.Bu gün də bitirdim. Kitabı uzun müddət mağazalarda axtarandan sonra yazar xanıma yazıb sifariş eləmişdim. “Zəhmət olmasa, imzalı kitab göndərin” dedikdən sonra Günel xanım, “kitab Gürcüstandan gələcək mən Norveçdəyəm onu imzalaya bilməyəcəm” demişdi. Kitabı aldım.Gözlədiyimdən nazik olması və kağızlarının çox ağ olması oxumağımı gecikdirdi.Hətta nə yalan deyim bahadır da demişliyim oldu. Amma həqiqətən, tam səmimi deyirəm.Bu kitab qiymətsizdir! Bu gün kitabı niyə daha öncədən alıb oxumamağımın peşmançılığını çəkdim. Yazar xanım kitabı yazmaqdan öncə yaşayıb.Mən onun yaşanmış həyatını oxumuşam.Onunla birgə kitabı yaşadım,empati qurdum,ara- sıra gözlərim doldu, ağladım. Çox bəyəndim Əsər müharibənin arxa üzüdür, görünməyən tərəfi. Roman yazar xanımın “Müharibə əxlaqsızlıqdır” fikri ilə başlayır. Müharibə həm də vicdansızlıq, ədalətsizlikdir.Bir qızın bu qədər şeyləri yaşamağı və bunu cəsarətlə qələmə almağı ancaq qürurvericidir!Günel Mövludu bəyənirdim.Bu əsərdən sonra bir başqa tərəfini kəşf elədim. Bilmirdim o məcburi köçkündür və 5 il Sabirabad rayonundakı Qalaqayın çadır şəhərciyində yaşayıb.Təbii ki, buna yaşamaq demək olarsa.. Kitabı qarışıq duyğularla, ürək ağrısı ilə və fəxrlə oxudum. Niyə fəxr?Bir xanımın bu qədər əzabla o cür şəraitdə oxuyub arzularının arxasıyca getməsi bir qadın kimi məni sevindirdi. Çətinlikdən yenidən doğulub Günel Mövlud. Tövsiyə edirəm , oxuyun. Çox sevindirici haldır ki, artıq torpaqlarımız geri qayıdıb və qisasımız alınıb.Əziklik duyğusu ilə kitabı bitirmədim.Əksinə gec də olsa Düşərgədə qalan məcburi köçkünlərin adına sevindim.Torpaqlarına qayıtma şansı,gözlədikləri bu illər boşa getmədi.Düzdür, bəzən hər şeyə o qədər
Roman
DüşərgəGünel Mövlud · Apostrophe · 202010 okunma

Yazar Hakkında

Günel MövludYazar · 2 kitap
Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL - Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı - "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. Tənqid