Gönderi

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər Rişteyi-izharə min-min gövhəri-əsrar söz. Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli
·
214 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.