Orhan Pamuk'un oxuduğum 4-cü kitabı idi. Bir insan üslubuna ancaq bu qədər sadiq qala bilər deyirəm
Pamuk əsərlərinin özəlliyi bir şəxsin həyatı və yaşamı,hətta xarakteri üzərindən dövrün iqtidarı tənqid olunur,tarixi əks etdirilir və yazar tərəfindən müqayisə olunur.
Şəxslər arasındakı dialoqlar belə dövrün məsələlərinə birbaşa toxunur:
"- Sizin saçınız doğuşdan qırmızıdır,mənim isə öz qərarımdır!"
Kitabda dəyişməyə başlayan İstanbul,əsgər hakimiyyəti,müxalifət,irəliləyən və eyni zamanda geri qalan sənaye,böyüyən işçi qüvvəsi,təhsil yanğısı, ata-oğul münasibəti,ilk eşq və bir çox məsələlərə toxunur Pamuk.
Kitabı diqqətlə oxumayan bir kimsə əsəri başdan-basa təsadüflərdən ibarət yalançı bir hekayə olduğunu düşünər. Ancaq qarşınıza çıxan "kəhanət"kəliməsinə diqqət yetirməniz tövsiyyə edirəm
Hələ-hələ yazarın tarixi hekayələrə toxunması qələmə aldığı hadisələrin "şişirdilmiş təsadüf" yox "tarix təkrarlanır" cümləsi ilə ifadə olunmasına məcbur edir.
Gələk romanın mövzusuna:
Onları tərk edən atasından sonra anası ilə tək yaşayan qəhrəmanımız təhsil almaq qərarı alır. Lakin dövrün tələblərinə diqqət etdikdə pulu olmasa oxuya bilməyəcəyini anlayır. Dərs ili başlamadan dövrün öndə gələn işi olan su quyusu axtarmaq işində qazmaçı olaraq işə başlayır. Yarımçıq qalan ata sevgisini qazmaçı olduğu müddətdə ona başçılıq edən ustasında tapır.
Evindən və anasından uzaqda olan 17 yaşlı qəhrəmanımız işlədiyi əraziyə yaxın qəsəbədə qırmızı saçlı bir qadına aşiq olur....
Əsərin olduqca dolğun və təsirli davamı var
Sizə xoş oxumalar diləyirəm