Gönderi

Xalid Hüseyni. "Və dağlardan səda gəldi"
8/10
·504 syf.··
2023 21. kitabı
·
16 günde okudu
·
Okunma: 16 Eylül 2023 13:17
#spoilerolabilər!!! Salam hamıya. Bu gün növbəti kitab təhlilim ilə gəldim. Bu günki kitabımız Khaled Hosseini dən Ve Dağlardan Səda Gəldi kitabıdır. Khaled Hosseini mən ilk Çərpələng Uçuran kitabını oxumuşdum və həmin kitabı çox bəyənmişdim, həddindən artıq təsirlənmişdim. Bu kitabı Çərpələng Uçuran kitabının yanında bir az çox sönük qaldı mənim üçün. O qədər də təsirlənmədim, başlarda düzdü kitabı çox bəyənmişdim, dedim ki, müəllifin bu kitabını da çox bəyənəcəm, lakin sonlara doğru çox sevməməyə başladım, bu kitabı tez bitirib başqa kitab oxumaq istəyirdim. Düşünürəm ki, əla kitab olsaydı, belə düşünməzdim, kitabı əlimdən buraxmaq istəməzdim. Kitab baş obrazlarımızın Pəri və Abdullanın atası Saburun övladlarına bilmədən öz həyatlarında yaşayacaqlarına bənzər bir nağıl danışması ilə başlayır. Pəri və Abdulla bir-birilərinə o qədər bağlı bacı-qardaş idilər ki, Pərinin atası olsa belə Abdulla bacısına qulluq etməli, onu böyütməli olub. Abdulla bacısına tək bir qardaş kimi yox, bir ana kimi, bir ata kimi sahib çıxıb. O bacısı Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə, tək ayaqqabılarından keçməyə hazır olaraq onları satır. Bu səhnəni oxuyanda çox təsirləndiyimi xatırlayıram. Hətta bu səhnəni oxuduqdan sonra kitabın üz qabığında lələk şəklinin olmasının kitaba böyük məna qazandırdığını düşünürəm. Lakin təəsüf ki, Pəri və Abdulla 60 il boyunca bir-birindən ayrı düşür. İndi kitabda ən sevmədiyim birinci məqamı deyəcəm. Müəllif Pəri və Abdullanın sadəcə 60 il boyunca nə etdiklərini, bir-birilərinə olan özləmlərini və s. yazsa idi, daha təsirli və daha xoş ola bilərdi, həm hekayə də bu qədər çox uzanmazdı. Nəyə görə sadəcə dedim? Çünki kitabda sadəcə Pəri və Abdulladan yox, hekayədə adı çəkilən hər bir obrazın öz həyat hekayəsi verilib. Başlarda bu xoşuma gəlmişdi, ona görə ki, birinci bölümdə Pəri və Abdullanın ögey anası olan Pərvanəyə qarşı önyarğılı idimsə, ikinci bölümdə Pərvanənin həyat hekayəsini oxuduqda önyarğılarım qırıldı. Hətta ümumi nəzər yetirsəm, Abdulla və Pərinin hekayəsindən əlavə ən çox Pərvanənin hekayəsi və (səhv etmirəmsə deyəsən Pərvanənin qardaşının adı Nəbi idi) Nəbinin hekayəsi mənə təsir etdi. Ondan sonrakı hekayələr də məsəl üçün Pərvanədən xoşum gəlməyib daha sonra xoşuma gəlməsinə görə dedim ki, bəlkə digər obrazların hekayələrini də sevəcəm. Lakin belə olmadı, hər dəfə bir sonrakı bölümə keçəndə deyirdim ki, Pəri və Abdulladan danışsın, bir-birilərindən uzaq düşdükdən sonra noldu, nə baş verdi, lakin müəllif bunları yazmırdı ki, yazmırdı. Hətta digər obrazların hekayələrini oxuduqca deyirdim ki; "bu mənim nəyimə lazımdır, sən mənə Pəri və Abdulladan bəhs et" :))) Yaddımdan çıxmamış onu da qeyd edim ki, kitabda sevmədiyim ikinci məqam 7-ci bölümdə Adilin anasının 14 yaşında özündən böyük adamla evlənməsi və 13-14 yaşlı oğlan uşağınının adı Qulam idi deyəsən siqaret çəkməsi məni çox narahat etdi, amma təəssüf ki, həyatda bu cür şeylər çox var, mən istəmərəm bu cür şeylər ilk öncə nə həyatda, nə də kitablarda olsun. Bəlkə başqa oxuyucular bu kitabı sevə bilər, amma təəssüf ki, mən çox sevmədim, amma yenə də 8 xal verdim, çünki müəllifin kitablarını oxumağı sevirəm. Saburun birinci bölümdə Pəri və Abdullaya nağıl danışdığını qeyd etmişdim. Həmin nağılda belə bir cümlə keçir: "Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur." Bu cümlənin bir o qədər düşündürücü və təsirli olduğunu düşünürəm. Hətta bizdən soruşsalar ki; "Bu kitabın ideyasını bir cümlə ilə necə ifadə edərsiniz?" Məhz mən bu cümlə ilə fikrimi tamamlayaram. Yazı səhvlərim varsa, üzrlü sayın. Kitabı oxuyacaqlara xoş mütaliələr!
Sentyabr Oxuduqlarım
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201341,9bin okunma
·
3 +1'leme
·
2.310 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Elə bilirdim kitabı sevməyən tək mən olmuşəm ) Bu kitabı oxuyub, bitirənə kimi ömrümdən ömür getmişdi😒 Heç təsir etmədi mənə. Xalid Hüseyni'n digər iki kitabı möhtəşəmdir.
alova
Gönderi Sahibi
Bəli :)) Nə çox bərbad idi, nə də çox mükəmməl idi.
Mən də dediklərinizin hər cümləsinə qatılıram, çox dəqiq analiz etmisiniz məncə👍🏻
alova
Gönderi Sahibi
Təşəkkürlərr ✨
İncələməniz üçün təşəkkür ama spoiler çox oldu biraz )
alova
Gönderi Sahibi
İlk öncə şərhiniz üçün təşəkkürlər ✨ Kitab təhlilləri yazarkən bacardığım qədər spoiler yazmamağa çalışıram. Yəqin burada bəzi şeyləri artıq yazmışam, çünki bu dəfə kitab haqqında yazarkən əvvəlcədən nə yazacağımı planlaşdırmamışdım, isti-isti oxuyub bitirdikdən sonra öz düşüncələrimi yazdım. Amma məncə tam da spoiler demək olmaz, çünki kitabda beşdən artıq obrazın bir-birilə tam bağlı olmasa da öz hekayəsi var, :)) Yenə də başlığa yazaram, düşüncəniz üçün təşəkkürlər ✨🦋
Zəhmət çəkdiniz yenə təkrar uzun açıqlama ilə bir daha ) Çərpələng Uçuran kitabı yazarın möhür olmuş əsəridir düşünürəm,müqayisəni ona uyğun aparanda o birilər kölgədə qalır istər istəməz.