Gönderi

Franz Kafka. "Dönüşüm"
10/10
·74 syf.··
Beğendi
·
2023 23. kitabı
·
14 günde okudu
·
Okunma: 30 Eylül 2023 16:33
Franz Kafka dan oxuduğum ilk kitab Dönüşüm kitabı oldu. Və bu kitabı oxumağıma həqiqətən dəydi. Yaxşı ki, bu kitabı oxumuşam deyirəm, əsasən də son 10 səhifəsi mənə çox amma çox təsir etdi. Kitaba "Gregor Samsa bir sabah huzursuz düşlerinden uyandığında kendini yatağında kocaman bir böceğe dönüşmüş buldu." cümləsi ilə başlayırıq. Məhz kitaba bu cür girişin olması mənim kitabı oxumağa həvəsimi daha da artırdı. Gregor Samsa az öncə qeyd etdiyimiz kimi səhər yuxudan oyananda görür ki, o bir böcəyə dönüşüb. Lakin kitabı oxuduqca biz görürük ki, sanki yavaş-yavaş o özünün bir böcəyə dönüşdüyünü çox da qəribsəmir. Əslində biz bununla görürük ki, Gregor özündən çox digər insanları mənimsəyir, özünü düşünmür, onun bir günahı olmasa da, ailəsini yox, özünü günahkar bilir. Bəlkə də, baş obraz həqiqətən bir böcəyə çevrilmir, o sadəcə özünü bir böcəyə bənzədir. Özünü eybəcər bir insanmış kimi hiss edir, günü-gündən həm fiziki, həm psixoloji cəhətdən məhv olur. O öz ailəsini nə qədər çox düşünsə də ailəsinin sonda o cür etməsi məni çox təsirləndirdi. Gregor işləyərkən, evə qazanc gətirərkən, öz ailəsini dolandırarkən bir problem olmadı, Gregor böcəyə çevrildikdən sonra onların işləyib Gregora baxmalı olduqları zaman mı bir problem oldu?! Həqiqətən bu bağışlanmaz idi, bəlkə də, mən bu səbəbə görə daha da təsirləndim. Bütün bunlara baxmayaraq Gregor yenə də özünü günahkar bilir, özün də səhv axtarır, heç vaxt ailəsini günahkar bilmir, bu olanları ailəsinin üzünə vurub demir. Ona görə də, çalışmaq lazımdır ki, özümüzü sevək, özümüzə dəyər verək. İnsan ən birinci özünə dəyər verib özünə hörmət etməlidir ki, ertəsi gün də sənə hörmət edilsin. Daha sonra artıq sən ətrafındakılara hörmət etməlisən. Məncə kitabın əsas ideyası bu idi. Kitabı oxuyacaqlara kitabı mütləq tövsiyə edirəm. Kitabı oxuyacaqlara xoş mütaliələr!
Sentyabr Oxuduqlarım
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,6bin okunma
·
2 +1'leme
·
213 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Milenaya məktublar’la davam etmək olar,yaşadığı real həyatı çox da əks etdirməyəcək tərzdə yazılıb düzdü məktublar,ama şans vermək olar.
alova
Gönderi Sahibi
Tövsiyəniz üçün təşəkkür edirəm 😊 İnşAllah baxacam, Franz Kafkanın bir neçə kitabını oxumaq istəyərəm ✨
😍😍😍
alova
Gönderi Sahibi
🌹✨