·264 syf.····Okunma: 03 Ekim 2023 19:07 Mənim üçün tarixin, ədəbiyyatın ən kədərli dövrü 1937-ci il- repressiya dövrüdür. Bildiyimiz kimi repressiyaya qurban gedən şairlərimizdən biri də Əhməd Cavaddır. Roman Əhməd Cavadın fəaliyyətlərindən, onun vəfalı ömür - gün yoldaşı Şükriyyə ilə necə tanış olması, hansı çətinliklərlə üzləşməsi və həmən çətinliklərlə necə mübarizə aparması, şeirlərinə görə hansı ittihamlara məruz qalması, həbsi, ən başlıcası isə Şükriyyənin həbs edildiyi gündən azadlığa çıxdığı günə qədər və azadlıqdan sonra ki zamandan bəhs edir. Şükriyyənin qürurunu aclıq-səfalət, çəkdirdiləri əzab-əziyyətlər belə sındıra bilmir. Əhməd Cavad və Şükriyyənin həbsindən sonrakı hər bir hissəni ürək ağrısı ilə oxudum.
Sonrakı bölümlərdə isə bir hissəni oxudum, kitabı bağladım, sonra dözə bilməyib yenə bir hissə oxudum, bəzən heç o hissəni belə sona çatdıra bilmədim və bu dəfələrlə təkrar oldu...