Hələ bu qədər axıcı kitab oxumamışdım. O qədər gözəl nəql edilib ki. Əsərə gəldikdə isə Səriyyə heç vaxt ideal qadın obrazı ola bilməz. Azadlıq axtarışında olmağı bir yandan doğrudur, bir yandan da yox. Çünki bu həyatı özü seçmişdi, özü boyun əyirdi Adilin istəklərinə. Adilin də düşüncəsi sağlam deyildi. Qadının özündən aşağı olmasını istəməsi, el nə deyər fikirləri ilə yaşaması və şiddətə meyilli olması onun mənfi yönlərindəndir. Lakin ayrı-ayrılıqda bəzi şeylərdə həm Səriyyəyə, həm də Adilə haqq qazandırmaq mümkündür. Buldozerçi də nəfsinə yiyə dura bilmədi. Xarakterlərin hər biri məndə müəyyən dərəcədə qıcıq yaratdı. Ümumiyyətlə, əsərdə ideal obraz yoxdur.
İlyas EfendiyevKörpüsalanlar