Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

312 syf.
8/10 puan verdi
William Golding-Milçəklərin Tanrısı
Əsər kimsəsiz adaya düşən bir qrup uşağın yaşam mübarizəsindən bəhs edir. Yazıçı insanların gözlənilməz situasiyaya düşdükdə anidən necə davranış sərgiləyəcəyini təsvir edir. Əsər həmçinin xaos şəraitində mənfi insan xislətinin cəmiyyət içində müsbət düşüncəyə qarşı necə üstünlük təşkil etməsini, gücün ağla qarşı avantajını da göstərir. Ralf-Məsələlərə çarəyönümlü yanaşıb, ağıl və təmkinlə həll yolları axtaran müsbət obraz. Cek-Gücün hər şeyi həll etdiyini düşünüb, zorakılıqla nələrsə əldə etməyə çalışan mənfi obraz. Piqqi-Heç nə ilə bağlı bütöv düşüncəsi olmasa da, hər şeylə bağlı fikir irəli sürməyə çalışan zəhlətökən obraz.
Milçəklər Tanrısı
Milçəklər TanrısıWilliam Golding · Qanun Nəşriyyatı · 201780,6bin okunma
·
207 görüntüleme
Suleymanova Nazrin okurunun profil resmi
Piqqi obrazını yanlış anlamısınız məncə, o əslində ağıllı qərarlar verə bilən obraz idi, hamının çətin anda ehtiyyacı olan. Sadəcə xarici görünüşü ucbatından lağa qoyulurdu və dinlənilmək istəmirdi, kitabın sonlarına doğru Ralf onun fikirlərinə ehtiyyac duyur və hətta Piqqi olsa indi nə etməli olduğumuzu bilərdi deyir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.