Kitab səhifələrinin yanma dərəcəsi...
Oxuduqca kitabsız həyatı ruhsuz bədənlə müqayisə edəcək təzahürü yaradan bu əsər oxuyucularda asılılıq meydana gətirəcək qədər marağa səbəb olmuşdur. İnsanları müəyyən çərçivədən qırağa çıxardacaq güc, sonsuz düşüncə və fikirlərin sinxironizisiyası kitabda verilmiş başlıca qadağadır. R. Bradbury izahına görə: Yaradılan bu sistem sənə necə düşünəcəyini alqoritmləşdirər, bircə-bircə beyninə yeridər. Nəticəyə gəldikdə isə zehnin etiraz etməyə, " Necə absurd" deməyə belə vaxt tapmaz."
Yaradılan bu qəfəsdən çıxmağın bədəli isə düşünüldüyündən daha ağır və bağışlanmazdır və müvafiq olaraq buna cəhd edən hər kəsin ölümlə üz-üzə qalması həmin vaxt üçün danılmaz aktuallıqdır.
İnsanda beyin fırtınası yaradacaq, eyni zamanda bir nəfəsdə bitirəcəyiniz bu kitab həyatdan zövq almamağın nə demək olduğunu, heç bir şey düşünmədən sürü psixologiyası ilə irəliləməyi əsas nöqteyi-nəzər kimi göstərir.
Sonluq olaraq isə, adət edilmiş həyat tərzini alt-üst edəcək səviyyədə dəyişməyə cəhd göstərən Montag gələcəyi kiçik də olsa bir töhfəylə dəyişəcəyinə inanar bu isə oxuyucularda ilhamlanmaq üçün yeni bir ideal formalaşdırar...