Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

142 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
Morq küçəsində qətl" - Edgar A. Poe (The Murders on the Rue Morgue) İlk dəfə 1841-ci ildə Ponun "Əsaslandırma Hekayələri" adlı hekayələr toplusunda nəşr olunan "Morq küçəsində qətl" əsəri iilk detektiv janrlı əsərlərdən biri olaraq qəbul edilir. Edqar A. Ponun təxəyyülünün məhsulu olan müdhiş qətllər oxucunu dəhşətə gətirir. Üstəlik az sayda detektiv əsəri oxumuş olan məni. Ancaq Ponun nisbətən bioqrafiyası sayılan "The Raven" filmini (eyniadlı, ən məşhur şeirindən götürülmüşdür) izlədikdən sonra onun necə dəhşətli, ağlasığmaz qətl səhnələri yazmağa qadir olduğunu görmüşdüm. Mövzusundan qısaca bəhs etməli olsam, Parisdə bir qətl hadisəsi baş verir. Hansı ki, meyitlər dəhşətamiz şəkildə qətlə yetirilmişdir. Bu qətli törətmək üçün isə insan gücü və cəldliyinin kifayət edəcəyini düşünmək, ağılsızlıqdır. Gələk kitabın fəlsəfəsinə. Elə Ponun da ön sözdə qeyd etdiyi kimi, bu kitabın bizə çatdırmaq istədiyi əsas fikir, bacarıqlı insanların daha çox xəyalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğudur. Yenə özünün də qeyd etdiyi kimi, Po bu hekayəsində bunu əyani olaraq sübut edir. Qeyd etməliyəm ki, bu əsər Edqar A. Po qələmindən oxuduğum ilk əsər oldu. Hekayə ümumilikdə nə qədər müdhiş və möhtəşəm olsa da düşünürəm ki, sonluq, qətlin həll olunması, qatilin tapılması bir qədər bəsit idi. Mən sonluq üçün "ters-köşe" gözləyirdim Podan. Ancaq bunu (demək olar ki) ilk detektiv əsəri sayıldığından ötrü, bağışlaya bilərik :) Kitabı hər kəsə tövsiyə edirəm, sıxılmaq elə də mümkün deyil, çünki bu kitab əsla şablon deyil, əsla adi deyil. Bununla belə bir oturuşda bitirə biləcəyiniz qədər qısadır. Son olaraq qeyd edim ki, Po kozmik qorxunun atası hesab edilən H.P. Lovecraft, həmçinin elmi-fantastikanın önəmli adlarından olan Jül Vernə ilham qaynağı olmuşdur.
Morgue Sokağı Cinayeti
Morgue Sokağı Cinayeti
Edgar Allan Poe
Edgar Allan Poe
Morgue Sokağı Cinayeti
Morgue Sokağı CinayetiEdgar Allan Poe · Notos Kitap · 201914,5bin okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.