Gönderi

Aşk ve müze
9/10
·520 syf.··
2023 3. kitabı
·
15 günde okudu
·
Okunma: 11 Ekim 2023 00:00
Bu kitab mənim üçün çox dəyərli olan iş yoldaşımın hədiyyəsi idi. Və kitabı mənə verəndə “Ümid edirəm, bir gün “Masumiyyet Müzesi”nə də gedərsən” demişdi.(kitabın 485-ci səhifəsində muzeyə giriş üçün tək səfərlik bir bilet olduğundan xəbərsiz idim) İndi isə çox təsirləndiyim, bəzi səhifələrində ağladığım, bəzi anlarda özümü tapdığım(yazarın və baş qəhrəmanın da dediyi kimi), bəzi anlarda durub dərin-dərin düşündüyüm və nəticələr çıxardığım romandan çox da spoiler vermədən bəhs edim: Kitab, “Hayatımın en mutlu anıymış, bilmiyordum” cümləsi ilə başlayır. Ədəbi baxımdan tam bir Orhan Pamuk qələmi ilə, bütün incə detallar düşünülərək yazılıb və 1950-1990-cı illər İstanbul həyatı ustalıqla əks etdirilib. İlk baxışda klassik varlı oğlan və kasıb qız sevgisi kimi görünsə də, əsər irəlilədikcə əslində o məsum(altını xətləyərək yazıram) və dərin sevginin gerçəkliyini hiss etdirir. Kemal və Füsunun sevgisi(ya da sadəcə Kemalin mi deməliyəm bilmirəm) illər sonra belə oxuyarkən insanı olduğu zamandan, məkandan qoparıb başqa bir dünyaya aparır. Kitabı oxuyarkən bunun bi roman olduğunu, əsl yazarın Orhan Pamuk olduğunu unudub, bütün hekayəni Kemalin(baş qəhrəmanın) dilindən, gerçək həyat hekayəsiymiş kimi oxuduğum və necə deyərlər əsərin içinə girdiyimin fərqində olmadığım üçün son səhifələrdə ciddi bir şok yaşadım deyə bilərəm:) Tək təsəllim Kemalin oxuyuculara son cümləsi oldu: “Herkes bilsin, çok mutlu bir hayat yaşadım” Və “Kaş ki, bir roman daha olsaydı, Füsunun dilindən yazılan. Onun bu duyğuyla necə başa çıxdığını(çıxa bilmədiyini) danışdığı” deyirəm…
İnceleme
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,3bin okunma
·
1 +1'leme
·
154 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.