Gönderi

216 syf.
·
Not rated
Kitab oxuyarkən həmvətənlərimizin acı taleyinə sözdədə olsa şahid olmaq onların əzab əziyyətini bilmək dərindən sarsıtdı məni. Həqiqətən bir daha əmin oldum ki biz çox yanlış dövlətlərə qardaş demişik. Kitabın müsbət xüsusiyyətləri olsada ümumilikdə əsasında dayanan çürük ideologiyadır. Kitab kəskin pantürkçü mövqeyindən yazılıb. Kitab mövzusu xalqımızın millətimizin acı taleyinin göstərir. Qardaş bildiyimiz Türkiyənin bizə və millətimizə vurduğu yaralardan sadəcə birini əks elətdirir. O dövrki Türkiyə hakimiyyətinin çirkin üzü elə o hakimiyyət tərəfindən onu doğma bilib ona sığınan həmvətənlərimizin siyasət qurbanı olması və SSRi-yə satılmasını açıq aydın əks elətdirib. Burda bir problem yoxdur. Sadəcə müəllifin hadisələrə yanaşması düzgün deyil. Sanki Türkiyənin bizə vurduğu yara bircə budur yalnız o dövrki CHP hakimiyyəti təqsirkardır və Türkiyə ilə bizim başqa problemi olmayıb. Qısacası sadə dillə desək müəllif bir növ deyir ki nolur olsun türk türkün qardaşıdır. Bizim həm vətənləri satır satsın lap gəlsin neftimizə görə bizlə yaxınlıq qursun, lap bizim torpaqları öz mənafeyinə qurban versin lap dövlətçiliyimizədə zərbə vursun amma qardaşımızdır. Və diqqət eləsəz kitabda həmvətənlərimizi qətlə yetirən SSRi hakimiyyəti daha çox qınanılıb nəyinki onları satan "qardaşlarımız".
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
·
107 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.