Boraltan

Yunis Orucov

Comments and Reviews

See All
216 syf.
·
Not rated
Kitab oxuyarkən həmvətənlərimizin acı taleyinə sözdədə olsa şahid olmaq onların əzab əziyyətini bilmək dərindən sarsıtdı məni. Həqiqətən bir daha əmin oldum ki biz çox yanlış dövlətlərə qardaş demişik. Kitabın müsbət xüsusiyyətləri olsada ümumilikdə əsasında dayanan çürük ideologiyadır. Kitab kəskin pantürkçü mövqeyindən yazılıb. Kitab mövzusu xalqımızın millətimizin acı taleyinin göstərir. Qardaş bildiyimiz Türkiyənin bizə və millətimizə vurduğu yaralardan sadəcə birini əks elətdirir. O dövrki Türkiyə hakimiyyətinin çirkin üzü elə o hakimiyyət tərəfindən onu doğma bilib ona sığınan həmvətənlərimizin siyasət qurbanı olması və SSRi-yə satılmasını açıq aydın əks elətdirib. Burda bir problem yoxdur. Sadəcə müəllifin hadisələrə yanaşması düzgün deyil. Sanki Türkiyənin bizə vurduğu yara bircə budur yalnız o dövrki CHP hakimiyyəti təqsirkardır və Türkiyə ilə bizim başqa problemi olmayıb. Qısacası sadə dillə desək müəllif bir növ deyir ki nolur olsun türk türkün qardaşıdır. Bizim həm vətənləri satır satsın lap gəlsin neftimizə görə bizlə yaxınlıq qursun, lap bizim torpaqları öz mənafeyinə qurban versin lap dövlətçiliyimizədə zərbə vursun amma qardaşımızdır. Və diqqət eləsəz kitabda həmvətənlərimizi qətlə yetirən SSRi hakimiyyəti daha çox qınanılıb nəyinki onları satan "qardaşlarımız".
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
Reklam
216 syf.
8/10 puan verdi
·
Liked
Boraltan
Marafon kitablarından ikinci oxuduğum kitab Yunis Orucovun "Boraltan - Azadlığın tələsi" kitabı oldu. Kitabda Stalinin zülmündən Türkiyəyə sığınmış, lakin sonda yenə 1945-ci ildə Türkiyə tərəfindən Sovet hakimiyyətinə təhvil verilmiş 195 mühacirin, xüsusilə onlardan iki gəncin və geridə qoyduqları ailələrinin taleyindən bəhs olunur. Oxuduqca təsirlənməmək mümkün deyil. Kitabı işiniz yoxdursa 2 günə bitirə bilərsiz. Əslində marafon olmasaydı bəlkə də oxumağa davam eləməzdim. Kitab oxunmayacaq kitab deyil, lakin müəllifin tərəf tutmağı mənə etik gəlmədi. Marafon iştirakçılarına spoiler olmasın deyə çox dərinə getməyəcəm... Onsuz da marafona görə bu kitabı yəqin ki bir neçə dəfə də oxumalı olacam... Kitabdan alıntıları da gün ərzində paylaşaram ...
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
216 syf.
·
Not rated
Eserde, adından da anlaşılacağı üzere tarihi Boraltan meselesinin karanlık yönleri ortaya çıkarılmaya çalışılmıştır. Kitapta o dönemde Türk hükümetine sığınan 146 vatandaşımızın siyaset mağduru olup SSRİ'ye satıldığı anlatılıyor. Roman tarihi gerçeklere dayanmaktadır. Eserin kahramanları Azer ve Araz isimli iki genç Azerbaycanlıdır. Onlar Boraltan trajedisinin gerçek kahramanları Anvar Ghaziyev ve Adam Kardaşbeyli'nin prototipleridir. Eseri yürek ağrısıyla okudum. Yazarın "Nargin" eserini okuduktan sonra bu eseri okuyunca kendimi çok kötü hissettim. Bir tarafda milletimizin aydınlarından tut sıradan vatandaşına kadar herkes, Birinci Dünya Savaşı'nda esir düşmüş türkleri Nargin adasından kaçırıp herkesin yardımıyla kendi ülkelerine geri göndermesi, ve diğer yanda da ona kardeş gibi sığınan vatandaşlarımız düşmana satılması... Her iki eserin de Türkçeye çevrilerek orada satılması gerektiğini düşünüyorum ki, bu tarihi gerçekleri görsünler. Ben de elimden geldiyince Türkce yazmaya çalışdım ki Türk okurlar da yazımı anlaya bilsinler.
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
216 syf.
9/10 puan verdi
·
Read in 24 days
Can alınan çarşıda kardeşim sattı beni...
Əsərdə adından göründüyü kimi tarixi Boraltan məsələsinin qaranlıq tərəfləri açıqlanmağa çalışılmışdır. Mövzunun yazı üçün geniş olmadığını və tarixi roman yazmağın ağırlığını, məsuliyyətini nəzərə alanda uğurlu əsər hesab etmək olar. Mənə görə, bu əsər iki ölkə qardaşlığının qara səhifəsini kimlərinsə( konkret olaraq dövrün hökuməti CHP-nin) boynuna yükləməkdir. Əsərin mövzusunun dövlət* səviyyəsində, heç bir maraqlara, hər hansı tərəflərə xidmət etmədən araşdırılmağa ehtiyacı var. Ümumi olaraq, yazıçının anlaşıqlı yazısını, başqa ölkənin( T.C) keçmiş dövrünün siyasi qarışıqlığının izahını elə aydın verməsini bəyəndim. Allah Boraltan şəhidlərimizə və digər bütün şəhidlərimizə rəhmət etsin. Boraltan şəhidlərin unutma!
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Əsər İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə CHP hökumətinin, daha dəqiq desək dövrün prezidenti İsmət İnönünün aldığı qərarla SSRİ-yə təhvil verdiyi 146 azərbaycanlı mühacirin məşəqqətli və nakam taleyinə həsr olunub. Roman tarixi faklar əsasında yazılıb. Əsərin qəhrəmanları Azər və Araz adlı iki gənc azərbaycanlıdır. Onlar Boraltan faciəsinin real qəhrəmanları olan Ənvər Qazıyevin və Adəm Qardaşbəylinin prototipləridir. Müəllif əsərdəki hadisələrin cərəyan etdiyi dövrdə Türkiyənin siyasi mənzərəsini tarixi faklara əsaslanmaqla oxucunun diqqətinə çatdırmışdır. Əsərin qəhrəmanlarının Qazaxıstanın ucsuz-bucaqsız buzlu səhralarından Türkiyəyə doğru məşəqqətli yolçuluğu, daha sonra vətən deyib sığındığı ölkədə yaşadıqları çətinlikləri və siyasətin amansız üzü əsərdə tarixiliklə bədiiliyin vəhdəti fonunda öz əksini tapmışdır.
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
216 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 12 days
Daha əvvəl bu mövzu ilə bağlı qulaqdan dolma məlumatlara malik idim. Düzü araşdırma da aparmamışdım,bəlkə də bu qara ləkə ilə üzləşmək istəmirdim. Tarixin bizə vurduğu yaralar çoxları eşitmək, görmək istəməsə də dünyaya bəllidir. Bu yara izi ən dərində olanlardandır məncə. Sovet Rusiyasının qanlı maşını vətənimin sağlam beyinlərini,vətənpərvər oğul və qızlarını biçərkən eli yad əlinə düşən millətim təbii ki, qardaş yanına sığındı. Dar gündə qardaş evindən isti hara ola bilərdi. Ancaq siyasətin soyuq gözü nə qardaş gördü,nə məzlum,nə də əcdad....
Boraltan
Boraltan
Yunis Orucov
Yunis Orucov
Boraltan
BoraltanYunis Orucov · Mimta Yayınları · 043 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.