Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
9/10 puan verdi
Caner Taslaman ve Feryal Taslaman ''Islam ve Kadın''
Caner Taslaman mənə görə müasir dövrdə İslamın doğru anlaşılması adına ən böyük dəyərlərdən biridir.İslama həsr edilmiş bir həyat , onu doğru anlatmağa çalışan bir bir fərd olaraq oxuyuram Caner hocanın yazılarını.Caner Taslaman və yoldaşı Feryal Taslaman ''Islam ve Kadın'' adlı bu dəyərli kitabı kişi qadın fərq etmədən hər bir müsəlman bir dəfə də olsa oxumalıdır deyə düşünürəm. 3 il əvvəl Sivasta ikən təsadüfən görüb aldığım bu kitab gələcək illərdə həqiqətən İslami bilgilərimin artmasında həmçinin onu doğru tətbiq etməyə çalışmağımda kifayət qədər çox faydası oldu. Bu dəyərli kitabda müəlliflər İslam adına Quran adına qərar verənlərə qarşı cıxaraq onların daha doğrusu ərəb adəti , israiliyyat qaynaqlarını İslama yerləştirməyə çalışanlara qarşı dayan deyir və Quranın günəş kimi parlaq işığı ilə bizləri aydınladır. Qadının toplumdaki yeri və önəmindən başlayaraq İsrailiyat qaynaqlarınin xüsusən qadın mövzusunda necə hakim qərar verən olduğunu göstərir.Qurana baxdığımızda qarşımıza çıxmayan ya da çıxarılmayan hökmlərin beyinlərdəki köksalmışlığını oxuduqca insan məyus olur... İslamdan əvvəl və İslamdan sonra qadın həmçinin bəzi hədislərdə qadının yerini bizə tanıdan kitab bunların xüsusən qadını ikinci dərəcəli plana atan qaynaqların Quranla uyuşmadığını öyrədir. Qadın və Kişi bir birinin tamamlayıcısıdır.Biri olmadan digəri var ola bilməz Quran isə bizə bir birimizə necə davranmalıyıq sualına qarşılıq bir yol göstərici Allahın hökmüdür. Özüm üçün yazdığım təhlilimin sonunda gələcəyə mesaj olaraq demək istəyirəm ki sən indi üçün gələcəkdəki , bunu oxuduğun zaman üçün indiki günəş işığım bu kitabı diqqətlə oxumağını daha çox istəyirəm...
İslam ve Kadın
İslam ve KadınCaner Taslaman · İstanbul Yayınevi · 0718 okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.