~Pul hər zaman xoşbəxtlik gətirirmi?
4/10
·244 syf.··
2023 42. kitabı
Qaraqanın qələmindən oxuduğum ilk kitabdır. Hər kəsə məlum olduğu kimi Qaraqan kitabları həm çox bəyənilir,həm də məşhurdur. Digər sosial şəbəkələrdə də kitabla bağlı fərqli paylaşımların şahidi olmuşam. Buna əsaslanaraq çoxdandır oxumaq fikrindəydim. Nəhayət oxuyub bitirdim. Düzü nə yalan deyim bu qədər bəyənilən kitabı mən bəyənə bilmədim. Sıradan kitab oldu mənim üçün. Adından məlum olduğu kimi mövzu bir milyon dolların ətrafında fırlanır. Oxuyarkən bəzən sıxıldım,çünki eyni hadisələr təkrarlandı. Sadə, sıradan əsər təəssüratı yaratdı məndə . Hadisə,olay yoxdu. Oxuyarkən indi nə olacaq, sonra nə olacaq deyə düşünmürsən. Eyni hadisələr təkrarlanır. Fikrimcə sıradan,düz yazılıb. Amma son olaraq əsərin gəldiyi nəticəni bəyəndim. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi,az pulla da xoşbəxtliyin mümkün olduğu gözəl vurğulanıb. Bu qədər,kitabla qalın Qaraqan Bir Milyon Dollarım Olsaydı
İnceleme
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,492 okunma
··
464 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Pul qazanmaq haqda Qaraqanın addım trilogiyası var. I kitabda pul haqda, II kitabda pul xoşbəxtlik gətirirmi? Xoşbəxtlik nədir sualına, III kitab da isə 2ci kitabda olan nəticədən gələn suallara cavab verilir. Əslində , tam verilmir, biz özümüzdə araşdırmalıyıq. Bu trilogiyanı oxumağınızı tövsiyyə edirəm
Fatima Mhrremova ♡
Gönderi Sahibi
Dediyiniz kitabları, Qaraqan kitabların araşdırarkən görmüşdüm. Əvvəl bütün kitablarını oxumağı düşünürdüm. Açığı bu kitabdan sonra birdə Qaraqan qələmi oxumayacağıma dair özümə söz verdim. Amma belə dediniz maraqlı gəldi düzü. Bəlkə bir şans verərəm və ümid edirəm peşman olmaram.)💫 Tövsiyyə üçün təşəkkür ✨
Fatima Mhrremova ♡
Gönderi Sahibi
İlk öncə incələməni oxuyub,fikirlərinizi qeyd etdiyiniz üçün təşəkkür edirəm. Əlbəttə bizim cəmiyyətdə az pulla xoşbəxtlik hardadır. Az pulla xoşbəxtlik fikrini əsər üçün qeyd etmişəm. Yəni əvvəl qazanclarının az olmasına baxmayaraq,ailə daxilində mehriban idilər. Kərəm yoldaşına, uşaqlarına qarşı mehriban idi. Puldan sonra isə tam əksi oldu. Bir sözlə pul ailənin sonu oldu.
Qatılıram fikirlərinizə. Məndə eyni düşünürəm. Sıradan bir kitabdı mənim üçün də. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi fikrilə razıyam, amma az pulla da xoşbəxtliyin mümkün olduğu fikrilə o qədər də razı deyiləm. Ən azı bizim kimi cəmiyyətlərdə bu mümkünsüz kimi bir şeydi... (İstisnalar xaricində)