Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

204 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Kitabı əlinə götürəndə düşünürsən ki, yəqin uşaq əsəridir. Azyaşlı uşaqlar üçündür. Amma heç də elə deyil. Bu əsər 9 yaşlı bir uşaqdan bəhs etsə də, böyüklər üçün gərəkli olan bir kitabdı. Çünki o uşaqların başına gələnlər böyüklərin əllərilə hazırladıqlarından başqa bir şey deyil. Bruno 9 yaşında bir uşaqdır. Atasının işilə əlaqəli başqa bir yerə köçməli olurlar. Bruno isə burada tel hörgülərlə qarşılaşır. Kitabda da deyildiyi kimi: "Bu tel hörgülər dünyanın dörd bir yanında var. Ümid edirik, heç vaxt rastlaşmazsınız". Almanların yəhudiləri necə öldürdüklərindən, yəqin ki, xəbəriniz var. Bu nəyin müharibəsi idi? Niyə belə bir "üsul" həyata keçirilirdi? Bəs uşaqlar necə? Onlar bu müharibənin nə olduğunu və bu nifrətin səbəbini anlaya bilirdilərmi? Əsəri oxuduqca tarixdə öyrəndiklərimizdən daha artığını öyrənəcəyik. Müharibənin uşaqlarda yaratdığı hiss... İliklərimizə qədər duyacayıq hər birini...
Çizgili Pijamalı Çocuk
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202139,3bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.