Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu əsəri çox sevərək oxudum. Ümumiyyətlə, yazıçının bütün əsərlərini sevərək oxuyuram. Bunun səbəblərindən biri mövzunun aktual məsələlər üzərində qurulması, müxtəlif mövzulara toxunaraq fikrini çatdırmasıdır. Digər səbəb isə yazıçının qələminin çox axıcı olmasıdır. Oxuyarkən vaxtın necə keçdiyini hiss etmirsən, kitabı örtəndə isə fikrin yanında qalır, görəsən, necə olacaq? Bu əsərdə siz intihar etmək üçün relslərin üzərinə uzanmış 2 gənclə qarşılaşacaqsınız. Onlar niyə intihar etmək istəyirdi? Ya da belə deyim, intihar üçün niyə belə qorxunc üsula - relslərin üzərinə baş vurmuşdular? Yoxsa bu, keçmişlərilə bağlı idi? Və ya başqa bir sual, iki gəncin eyni zamanda eyni yerdə intihar etmək istəməsi təsadüf ola bilərdimi? Bəs təsadüf nə idi? Əsəri oxuyarkən bütün bunların cavabını tapacaqsınız. Biz hər zaman düşünürük ki, Avropada, Amerikada həyat, yaşayış gözəldir, amma hər il yüzlərlə intihar baş verir. Yazıçı buradakı psixoloji məsələləri çox gözəl açıb üzə çıxarır. Boşniyadakı müharibə də əsərdən yan keçmir. "Leyla" əsərini oxuyarkən orada tanış olduğum Boşniya müharibəsi məni bir-neçə gün depressiv vəziyyətə saldı, desəm, yanılmaram. Bu müharibədə ən çox qadınlar əziyyət çəkdi. Bəs uşaqlar necə? Xüsusən də, müharibədə doğulan uşaqlar. Əsər məzmunu barədə çox danışmaq istəmirəm. Qoy, sizdə maraq oyatsın Əsər həm çox gözəl, həm də çox təsirli idi. Hər kəsə oxumağı tövsiyə edirəm
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,037 okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.