Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
"Erik ağacı" İkinci dünya müharibəsində Almaniyada yaşananları bir ailənin timsalında göstərən mükəmməl bir əsərdi. Oxuduqca görürük ki, bu müharibədə bütün ölkələrin əhalisi pis vəziyyətə düşdü. Aclıq, ölüm qorxusu və daha bir çox dəhşətli hadisə. Xüsusən də, yəhudilərə qarşı edilən zülmlər. Təkcə yəhudilərə yox, onlara yardım edənlərə də bu zülmləri edirdilər. Christine çox cəsur gənc alman qızıdır. Onun hərəkətlərini izlədikcə "onun yerində olsaydım, etdiklərini edə bilərdim mi?" deyə düşünürəm. Hesab edirəm ki, onun qədər cəsur ola bilməzdim. Christine İsaac adlı yəhudi ilə bir-birilərini sevirlər. Amma müharibənin başlaması ilə bütün həyatları dəyişir. Biz burada Almaniyanın kəndlərində insanların yemək və yaşamaq üçün necə mübarizə apardığının şahidi oluruq. Və möhtəşəm bir sevgi hekayəsinin Əsəri oxuduqca düşünürdüm ki, axı övladlarına bir parça çörək ala bilmək üçün başqalarını satan insanları qınamaq mümkündür mü? Ya da özünü və ailəsini ölüm və ölümdən betər düşərgələrdən qorumaq üçün susan insanları qınamaq olar mı?
Erik Ağacı
Erik AğacıEllen Marie Wiseman · Arkadya Yayınları · 20162,980 okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.