Heathcliff. Oxuduqca qəzəbləndiyim, nifrət etdiyim, öz hirsində boğulmasını arzuladığım obraz. Ta ki son səhifələrdə ilk dəfə öz içini tökməsi anına qədər. Bir neçə cümlə ilə onun da bir insan olduğunu unutmuş olmaqdan utanaraq xatırladım. Yaşatdığı əziyyətlər əslində öz yaşadığı əzabların kölgələnməsi, əksi idi. Hansı sevgi sağalda bilərdi onu? Heathcliff sanki sevgini nifrətə çevirmədən onu hiss etmək istəmirdi. Sadəcə buna öyrəşibmiş, sadəcə bu dildən anlayırmış, bu cür ən dərinlərinə qədər hiss edə bilirmiş kimi.
Nifrətin sevginin əksi yox, şəkil dəyişdirmiş bir forması olduğunu düşünürəm. Heathcliff’dən sonra buna daha da əmin oldum. Bir insana qarşı “dərin” nifrət bəsləməklə onu “dərin” sevmək arasında incə bir çizgi var. Bir insanı “çox” sevib sonrasında “az” nifrət edə bilməzsən. Heathcliff tam o sərhəddə dururdu, nifrətlə sevginin, yaşamla ölümün, yaxşılıqla pisliyin sərhədində. Bir-birlərinin əksi yox, davamı, fərqli formaları olan qoşa mövhumların sərhədində.
Bəs sonda hansını seçməli olur? Yoxsa sonsuza qədər o sərhəddə qalır? Hansı daha “yaxşı”, daha “düzgün”, daha “dözüləbilən” idi onun üçün?
Bəs biz həyatımızda nəyi seçməliyik? Ya da nəyisə seçməliyik mi? Arada qalmaqdan qorxduğumuz anlar, bəlkə də, yaşadığımızı ən çox hiss etdiyimiz anlardır, bundan niyə çox zaman qaçırıq? Mən təkcə bu anlarda nə özümüz, nə də kənar bir şəxs tərəfdən bilinməyini istədiyimiz dünyamıza yaxınlaşdığımızı düşünürəm. Qorxulu tərəflərimizi görməyə cəsarətimiz çatmır, bəlkə də.
405 səhifəlik dünyasında tək olduğunu mənə o qədər hiss elətdirdi ki, digər obrazlar haqda danışmağı ona haqsızlıq olaraq görürəm. Sizin də onu tanımağı və nə onun, nə də bizim həyatda yalnız olduğumuzu ürəkdən anlamağınız diləyi ilə…
…xoş mütaliələr Uğultulu TepelerEmily Brontë
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 202557,9bin okunma