Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

392 syf.
10/10 puan verdi
·
20 günde okudu
Kitab o qədər cana yaxın, o qədər axıcıdır ki, insan qopa bilmir. Əlavə işlər falan olmasa sözün əsl mənasında 1 dəfəyə oxunulası kitabdır. Yazıçı qəhrəmanları elə gözəl seçib, onları elə gözəl təsvir edib ki, danışılası deyil ancaq oxumaq lazımdır. Düşünürəm ki, bu kitab haqqında nə yazsam yetərsiz qalacaq, təbii ki mənə görə! Əsər XX əsrdə şah rejiminin mövcud olduğu zamanlardan bəhs edir, gənclərin azadlıq, tərəqqi üçün verdikləri qurbanlardan bəhs edir. Əhməd ən sevdiyim qəhrəmandır, çox pozitiv, zarafatcıldır. Onun sevimlisi Fəhimə də Əhməd kimi pozitiv, həyatdolu qızdır. Paşa 17 yaşı olmasına baxmayaraq oturuqlaşmış xarakterə sahib oğlandır (oxuduqca özünüz də görəcəksiniz). Onun aşiq olduğu sevgilisi Zəri isə ondan 2 yaş böyükdür (səhv yadımda qalmayıbsa) və olduqca xanım-xatın qızdır. Spoiler olaraq onu deyim ki, Əhmədlə Fəhimə qovuşurlar, digər cütlüyün sonluğunu bilmək üçün mütləq kitabdan zövq alaraq oxumaq lazımdır
Tehranın Damları
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021442 okunma
·
1 artı 1'leme
·
97 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.