Əslində kitaba böyük bir önyarğı ilə başlamışdım amma kitabı bitirəndə kitabdan ayrılmaq istəmirdim. Bir-iki damla yaş da tökmüş ola bilərəm.
Kitab həm çox axıcı idi,həm də hekayələşdirmə o qədər mükəmməl işlənmişdi ki, yazılanların hamısını damarımda hiss edirdim.
Kitabı oxuduqca heyvanlara,xüsusilə də itlərə qarşı olan fikirlərim çox dəyişdi. İtlərdən qorxuram amma indi it sahibi olmaq istəyirəm:)
İnsanların zalımlığına çox əsəbiləşsəm də içimi çox isitdi,elə bilirdim Beyaz Diş elə mənimkidir.