Ah,George Orwell.. George Orwell
Winston Smith'in tərəddüdlü həyatından bəhs edən "1984" 1984 bizi düşündürməyə vadar edir. Nə vaxt ki,biz düşünməyi kəsəcəyik. Nə vaxt ki, bizlər canlandırmağa son qoyacağıq..
George Orwell George Orwell əsərində hər bir obyekti qarşı-qarşıya qoymaqla təzad yaradır.
Başlıca sual yaranır.Həqiqətən də,onlar bizim düşüncəmizi ələ keçirə bilərlərmi? Axı,Julia Winstona demişdi: "Bunu başaramazlar," "Başaramayacakları tek şey bu. Sana istedikleri her şeyi -her şeyi- söyletebilirler ama inanmanı sağlayamazlar. İçindekileri değiştiremezler."
"Evet," dedi Winston biraz daha umutluydu artık. "Evet, haklısın. İçindekileri değiştiremezler. Eğer insan olmanın yeterli olduğunu hissediyorsan sonucu ne olursa olsun onları yenmişsin demektir."
Ancaq bu olduqca müəmmalıdır. Ancaq əsərin sonlarında biz həqiqətən də bunu müşahidə edib, sualımıza cavab tapa biləcəyik.
Əsəri oxuyarkən, hadisələri beynimdə canlandırarkən təəccüblənir,sevinir, nifrət hissi bədənimi alovlandırır...
Müəllif öz sözləri ilə müharibənin fəlakət olduğunu bildirir: "Savaşın asıl amacı her şeyi yok etmektir.."
Winstonun daxili dünyası,onun Juliaya xəyanət etməməsini sanması,O Brien ilə olan münasibət, Nifrət Qışqırığı bu totalitar ölkəni bizə tanımağa bir daha vadar edir. Totalitar sistemin kukla oyuncaqlarıyıq. Hansı ki,bizi özümüz yox,sistem idarə edir. İplərimiz isə onların əlindədir.Bizim keçmişimizi,indiki zamanımızı, gələcəyimizi məhz onlar yazır:
"Geçmişi kontrol eden,geleceği de kontrol eder: Şimdiyi kontrol eden, geçmişi de kontrol eder.."
Kitabı oxuyarkən üzüldüyüm,kövrəldiyim, düşündüyüm məqamlar həddindən artıq olduğu üçün sanki 1984-cu ildə yaşadım..
Bəlkə də Winstonun günahına mən də şərik olmuşam.
Axı,onun sirrini bilirdim. O sirr isə sadəcə 1 cümlədən ibarət idi:
KAHROLSUN BÜYÜK BİRADER
Və bu sirrdə bütün fikirlər gizlənirdi.
Sevgi ilə qalın! Unutmayın onlar düşüncələrinizi belə ələ keçirə bilər. Özünüzdən belə qorxmağa başlayın.
Qaranlığın olmadığı yerdə görüşəcəyik,Winston..
Qaranlığın olmadığı yerdə..
Əlvida!
George Orwell1984Nuray Dadaşlı