Gönderi

Od Gəlini
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim. Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim. Mən səninçin ömrüm boyu cəfalara dözərim, Sənsiz güllər açılmasın, axar çaylar dayansın. Oxu, bülbül, bəlkə yarım oyansın!... Mən bir sönməz ulduzam ki, daim işıq saçarım, Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım, Mən bir saqlı aləməm ki, sevgilərdir açarım. Sənsiz günəş görünməsin, qaralara boyansın, Oxu, bülbül, bəlkə yarım oyansın!... Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım, Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım! Arar, arar, arar, arar, axır səni taparım; Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın, Oxu, bülbül, bəlkə yarım oyansın!.... 📍Cəfər Cabbarlı ~ Od gəlini pyesindən
Od Gəlini
Od Gəlini
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.