Puan vermedi·72 syf.····Okunma: 17 Ekim 2023 00:00 Hərkəsə salam! Bugün Jack Londonun “Kızıl vəba” adlı qısa bir romanın təhlili ilə gəldim.Keçən dəfəki təhlildə dediyim kimi Jack Londonun əsərlərinə ard-arda qulaq asdım.Xoşuma gələnlərdən biri də bu əsəridir.Əsər 1912-ci ildə yazılmasına baxmayaraq günümüzdə belə təsirini sürdürən hekayə təqdim edir.
Məzmun:
Spoiler vermədən qısa bir məzmunun deyim.Hekaye 2073-cü ildə adındanda göründüyü kimi, “Kızıl veba” adı verilən ölümcül bir xəstəliyin dünyanı yox etməsinin ardından yaşananları danışır.Ana obraz “köhnə dünya” olaraq xatırlanan zamanlara dair xatirələrlə dolu yaşlı bir professordur.Birazda qısaltsam professor öz nəvələrinə xəstəliyin nə vaxt yayılmağa başladığını,əvvəl dünyanın necə olduğunu, necə sağ qaldığını bir sözlə xatirələrini danışır.
Əsər haqqında fikirlərim:
Mənim fikrimcə, yazıçının çatdırmaq istədiyi ne etsəkdə,ekosistem pramidasında ən yüksəkdə dursaqda təbiət qarşısında,gözlə görünməyən bir virus qarşısında acizik.Həqiqətəndə indiki həyatımıza baxsaq bunu açıq aydın görmək olur.Və təzədən təbiətə dönüş.Ovçuluq, qəbilə halında yaşamaq,əkinçilik bunların önəmli mövqedə olmağı.
Psixolojik cəhətdə əsərdə gözümə çarpan şeydə müəyyən qrup insanların olduğu vəziyyətdən istifadə etmələri necədə vəhşiləşmələridir.Bəlkədə virus bunun yanında bir uşaq kimi qalır.Çünki xəstəlik oğurluq eləmir,evleri binaları yandırmır,şüurlu olaraq adam öldürmür.Nə demək istədiyimi başa düşərsiniz.
Keçən dəfə dediyim kimi yenədə çay süfrəsindən durmalıq bir sonluqla bitdi.Uzun olsaydı bir 1984,Cesur yeni dünya kimi bir əsər görərdik.Bəlkədə belə dadında buraxmağı daha yaxşıdır.
Həmişə öz-özümə verdiyim sual -məsləhət görərdimmi? -Bəli! Fərq eləmir hər bir yaş dğvrünə məsləhət görərəm.Sizinlə bəyəndiyim alıntılarıda paylaşım.Xoş mütailələr!
Alıntılar:
1. Demek ki, tarih aynı biçimde yeniden başlayacak. Insanlar çoğalacak sonra birbirleriyle kavgaya tutuşacak, hiçbir şey buna engel olmayacak. Barutu icat ettiklerinde binlerce milyonlarca insan birbirlerini öldürecek. Ve işte böylece kan ve ateş içinde yeni bir uygarlık oluşacak. ...
2. Sonsuz adalet hakkındaki onca metafor dolu görüşümüze rağmen evrende hiçbir zaman adalet olmadı.
3. İnsan ırkı, medeniyete doğru yapacağı kanlı tırmanışına tekrar başlamadan önce gitgide ilkelliğin içinde boğulmaya mahkûmdur.