Gönderi

296 syf.
·
Puan vermedi
·
12 günde okudu
Bismilləhir Rahmənir Rahim ... Heç bilmirəm bu kitab haqqında fikirlərimi necə ifadə edim. Çox möhtəşəm kitab idi. Hər səhifəni oxuduqca özümü kitaba qərq olmuş hiss edirdim. Nə vaxt kitabı açıb oxusam özümü bu dünyadan ayrı hiss edirdim. Sanki başqa aləmə düşürdüm. Şəhid Həmid Muradinin həyatı çox ibrətamizdir və eşqlə doludur. Şəhidin həyatından öyrəniləsi və həyatımıza tətbiq etməli olduğumuz çox məqamlar var. Insan bu kitabı oxuduqca şəhadət eşqi daha da artır. Şəhidin yoldaşı Fərzanə xanım isə qadınlar üçün ayrı bir nümunədir. O yoldaşını öz əlləri ilə şəhadətə, əbədi səadətə yola saldı... Nəfsi ilə mübarizədə qalib gəldi. Allah bizə də bu qalibiyyəti nəsib etsin InşəAllah.
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202054 okunma
·
1 artı 1'leme
·
113 görüntüleme
Əli okurunun profil resmi
🤍🌹
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.