Gönderi

Hansımızın içində şeytan yoxdurki?
8/10
·120 syf.··
Beğendi
·
2023 23. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Ekim 2023 00:00
Hərkəsə salam! Bugün Lev Tolstoyun “Şeytan” adlı romanın təhlili ilə gəldim.Lev Tolstoyu çoxumuz “Hərb və Sülh”,”Anna Karenina”,”Ivan Ilicin ölümü ” adlı baş əsərləriylə tanıyırıq.Amma eyni zamanda “Şeytan” adlı az bilinən, insanı düşündürməyə sövq edən qısa bir romanda yazmışdır. Məzmun: Qısaca məzmunu sizə çatdırım. Eugene Irtenev ve qardaşı atlarının ölümündən sonra böyük bir mirasa sahib olurlar.Amma bu böyüül miras özündə böyük dərdlər gətirir.Çünki miras borclarla yüklüdür və qərar verməlidirlər – mirası qəbul edəcəklərmi yoxsa rədd edəcəklərmi? Eugene mirası qəbul edir və qardaşının payınıda alır.Böyük torpaq sahələrini sataraq mirasdan geri qalan hisseni düzəldə biləcəyini fikirləşir..Anası ilə birlikdə fermaya gəlir yəni kəndə köçür deyək.Amma bir müddətdən sonra Eugene St. Petersburgda yaşıyarkən qadınlarla olan əlaqələri üçün darıxır.Kənd yeri olduğu üçün həmçinin öz statusunu itirmək qorxusu olduğu üçün bu barədə kimsəyə deməkdən çəkinir.Axırda meşəbəyinə bunu deyir və əri şəhərdə işləyən biri ilə gizli görüşməyə başlayır.Bir neçə ay bu əlaqə gedir.Sonunda, Eugene anası onun evlənmə zamanının gəldiyini düşünür və Eugene bu müvəqqəti əlaqəsindən əl çəkərək Liza Annenskaya-ya aşiq olur.Və Eugenenin içsəl çatımaları bundan sonra başlayır. Əsər haqqında fikirlərim: Belə uzun yazmağıma baxmayın heç bir spoiler vermədim.Sadəcə müəyyən yerə qədər kor şəkildə keçdim.Əsəri bitirəndə mənə bunun haqqında yazma istəyi gəldi.Bugünə qismətmiş deyək.Hansımızın içində şeytan yoxdurki? Demiş kimi eşidirəm Tolstoy babadan.Eugene obrazından insanların daxili münaqişələrini,arzularıya və günahlarıya başa çıxma dövrünü ələ alır.Həqiqətəndə bəzən intihar qədər insanı gətirən bu daxili münaqişələr necədə boyük fırtınalar yaradır insanın içində.Bunları Tolstoy Eugene obrazından çox gözəl çatdırır.1889-cu ildə yazılmasına baxmayaraq bu şeytanın hələ də ölmədiyini başa düşürük.Niyə cəm şəkildə danışdım çünki bu fikirlər,düşüncələr,hisslər dərəcəsi insandan insane fərli olsada eyni yerdə gəlib cəmləşir.Tolstoy arzuların və günahların insane necə təsir etdiyini bunun əxlaq və cinsəllik ətrafında necə dövr etdiyini əsərdə usatalıqla əks etdirib.Hətta orada Eugene öz vicdanını rahatlatmaq üçün keçici olaraq ilk görüşlərdə bunun onun ağıl və ruh sağlığı üçün yaxşı təsir etdiyini özünə inandırmışdı.Və vaxt keçdikcə bu keçici təsəllinin silinib getdiyini,onun içində olan beynini bir sözlə içini yeyən bir şeytana dönüştüyünü hiss edirdi. Daxildə baş verən,dilə belə tökməyə cəsarət edə bilmədiyimiz fikir,düşüncələr movcuddur.Bəzən onlar bizdə hansısa anlamsız bir söz vəya hərəkətlərə biruzə verir.Bəzəndə kiçik bir qum zərrəciyini böyük bir aşılmaz bir səddə çevirrik beynimizdə.Çoc qarışıq movzudur bu)).Əsər kiçik amma movzu uzun çox uzuuun! Məsləhət görərdimmi? -Bəli! .Sizinlə bəyəndiyim alıntılarıda paylaşım.Xoş mütailələr! Alıntılar: 1. En ağır akıl hastası olanlar; kendilerinde farkına varmadıkları akıl hastalığı belirtilerini başkalarında görmek isteyenlerdir. 2. İçi dışı bir olmayan insanlarla yaşamak dünyanın en zor şeyidir. Bunun dışında her şeye katlanabilirim, ama buna asla. 3. “Ruhunun içinde davranışlarını onaylamayan, Ve bunun son olmasını uman, katı bir yargıç Oturuyordu..”
Edebiyat
ŞeytanLev Tolstoy · Bordo Siyah Yayınları · 20184,497 okunma
·
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.